FashionTəqdimat

Bakının “Ən dəbli ana-bala”sı seçildi

23 Sentyabr, Monolit Plazada, ailə dəbi üzrə dizayner Günay Vəliyeva tərəfindən artıq 4-cü dəfə keçirilən “Best Mom Prince & Princess” ana-bala moda müsabiqəsi həyata keçirildi.

Layihə izləyicilər tərəfindən böyük maraqla qarşılanır, analara övladları ilə dəst geyinməkdə zövqlərinin formalaşmasına töhvə verir. İştirakçılar bu vəsilə ilə ana-övlad sevgisinin bir formasının da dəb olduğunu nümayiş etdirirlər.

Layihə “High Life Fashion and Model Academy”-nin prezidenti Mübariz Allahverdizadə və “Dünya Gözəllik Konqresi” nin Qafqaz Direktoru Aqil Məmiyevin dəstəyi ilə keçirilib.

Münsiflər heyətində peşəkar modelyerlər və ictimai simalar yer alıb: “High Life Fashion and Model Academy”-nin prezidenti Mübariz Allahverdizadə, “Dünya Gözəllik Konqresi” nin Qafqaz Direktoru və “Best Model of the World”-ün beynəlxalq direktoru Aqil Məmiyev, bəstəkar Məryəm Əlibəyli, xalq artisti Məleykə Əsədova, müğənni Aygün Şükürova, modelyerlər Günel Yusifova, Sevinc Məmmədova, Gülşən Dadaşova, layihənin sponsorlarından olan fotoqraf Nigar Həsənova.

İştirakçılar 10 ballıq sistem üzrə tam obyektiv olaraq qiymətləndirildi, münsiflərin verdiyi və aylardır davam edən xalq səsverməsindən gələn toplam ballara əsasən ilk 3-lük bəlli oldu.

Qaliblər və digər iştirakçılar dəyərli hədiyyələrlə və sertifikatla təltif edildilər.

1-ci yer – Əlizadə Nuridə və qızı İlknur

2-ci yer – Novruzova Zeynab və qızı Sara

3-cü yer – Məcidova Xanım və qızı Aylin

Layihədə yaş məhdudiyyəti yoxdur.

Ən kiçik iştirakçılarımız 4 aylıq Quliyev Nurlan və 10 aylıq Kərimova İnci oldu. Onlar öz anaları ilə ilk dəfə olaraq moda layihəsinə qatıldılar.

Layihədə kiçik dəb həvəskarları da öz geyimlərini nümayiş etdirərək münsiflər heyətinin rəğbətini qazandılar və hədiyyə, sertifikatla təltif edildilər.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!