Idman

Bakının 2019-cu ildə UEFA Çempionlar və Avropa liqalarının final oyunları üçün namizədliyi təsdiqlənib

UEFA 2019-cu ildə keçiriləcək futbol üzrə klub turnirlərinin final qarşılaşması və Superkubok uğrunda oyun üçün namizədliyini irəli sürmüş və tələb olunan vaxta – iyunun 6-dək sifariş kitabını təqdim etmiş milli assosiasiyaların siyahısını açıqlayıb.

Frame.az UEFA-nın saytına istinadla xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 2019-cu ildə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyunlarının keçirilməsi üçün Bakı Olimpiya Stadionunun namizədliyini irəli sürüb.

UEFA Çempionlar Liqasının final qarşılaşmasına ev sahibliyi etmək üçün İspaniyanın “Atletiko Madrid” klubunun “Metropolitano” stadionu da namizəddir.

Avropa Liqasının final görüşünə isə Bakı Olimpiya Stadionu ilə yanaşı, “Sevilya” klubunun “Ramon Sançes-Pisxuan” və İstanbulun “Beşiktaş Arena” stadionlarının sifariş kitabları təqdim olunub.

UEFA İcraiyyə Komitəsinin bu məsələ ilə bağlı qərarı sentyabrın 21-də açıqlanacaq.

Qeyd edək ki, Superkubok uğrunda qarşılaşmaya ev sahibliyi ilə bağlı yeddi, qadınlar arasında futbol üzrə Çempionlar Liqasının final matçını qəbul etmək üçün isə iki ölkə UEFA-ya müraciət ünvanlayıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!