Bakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı

İlin sonuna kimi buradan mobil telefon alan abunəçilərə 2019-cu il boyu pulsuz danışıq və giqabaytlarla pulsuz internet

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Bakı mərkəzində, Fəvvarələr meydanında tam yeni üslubda olan konsept mağazasını istifadəyə verib.

İnnovativ konsepsiya əsasında dizayn olunmuş bu mağaza özündə nömrə və cihaz satışı ilə yanaşı müştəri xidməti funksiyasını birləşdirir.

“Bakcell özünün üstün xidmətləri və ən sürətli mobil şəbəkəsi ilə çox əlverişli qiymətə yüksək keyfiyyət təklif edir. Biz çalışırıq ki, “Bakcell”ininnovativ məhsul və xidmətlərini həm Bakı ərazisində, həm də Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərimiz üçün daha əlçatan edək. Bu il biz ölkənin müxtəlif regionlarında yeni satış və müştəri xidmətləri mərkəzlərinin açılışını etdik. Bu gün isə Bakının mərkəzində tam yeni konsepsiyaya malik innovativmağazanı abunəçilərimizə təqdim edirik. Növbəti illər ərzində bu cür mərkəzlərin sayını artıracağıq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

Hacı Zeynalabdin Tağıyev küçəsi 19 (Fəvvarələr Meydanı) ünvanındakı yeni mağazanın açılışı ilə əlaqədar Bakcell şirkəti xüsusi kampaniya elan edib.

“2018-ci ilin dekabrın sonuna qədər bu mağazadan istənilən model mobil telefon alan hər bir müştəri gələn il pulsuz danışacaq və pulsuz internet əldə edəcək”, deyə Nikolai Beckers əlavə edib.

Qeyd edək ki, kampaniya şərtlərinə əsasən, ilin sonuna kimi əldə olunan hər bir mobil telefonla bərabərBakcell abunəçilərinə bir illik pulsuz və limitsiz şəbəkədaxili zənglər və hər ay 4 GB internet hədiyyə veriləcək. Abunəçi həmin interneti istifadə etdikdən sonra isə, hər bir giqabaytın qiyməti cəmi 0.25 AZN edəcək. Mağazadan telefon aksesuarları alan müştəriləri də maraqlı  hədiyyələr gözləyir.

Bakcell şirkəti özünün yüksək keyfiyyətli xidmətlərini və ölkədə ən yüksək sürətli mobil şəbəkəni Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə təqdim etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də  müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: