EventsQalereyaŞəkillərTəqdimat

“Bakının müasir memarlığı”

START layihəsi çərçivəsində gənc və istedadlı fotoqrafların inkişafı üçün, Arts Council Azerbaijan qeyri-hökumət təşkilatı “Bakının müasir memarlığı” fototolarda adlı sərgi təşkil edir.

Bakının müasir memarlıq obyektlərinin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanınması məqsədi ilə 8 noyabr tarixində Art Villa qalereyasında olacaq sərgi bir gün davam edəcək. Sərginin kuratoru Rüstəm Hüseynovdır.

Layihə çərçivəsində keçirilən tədbirlər nəticəsində cəmiyyətdə müasir memarlığın tanınması və təbliği sahəsində gənclərin rolunu artiraraq, gənclərin müasir memarlıq nümunələrinə cəlb etmək, onların bu işin təbliğatçısı qismində çıxış etməsinə dəstək olmaqdır.

Giriş pulsuzdur.

Sərgidə iştirak etmək üçün Bakının müasir memarlığına həsr olunmuş fotolarınızı sergi@artscouncil.az electron ünvanına göndərməyiniz xahiş olunur. Fotolarda əks olunan obyektlər 2000-ci ildən sonra tikilmiş obyektlər olmalıdır. Hər iştirakçı 25.10.2016-ci il tarixinə qədər, 5 foto göndərə bilər. Foto uzun tərəfində ən azı 3000 piksel, JPEG formatda olmalıdır və üstündə heç bir yazı və ya votermark olmamamalıdır. Məktubda öz adınızı, soyadınızı və fotonun adı əlavə etməyi unutmayın. Göndərən şəkil bütün müəllif hüquqlarına malik olmalıdır. Foto axırıncı 3 il ərzində çəkilməlidir. 14650492_10210185638455915_5731680384148572419_nFrame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!