Bakou Francophones nümayəndələri III Yaşlanma əleyhinə və Estetik Tibbi Konfransda

Bakıda III Yaşlanma əleyhinə və Estetik Tibbi Konfrans keçirilmişdir.

Konfransda Beynəlxalq tibbi nümayəndələrdən tibbdə yaşlanma əleyhinə anatomik-marfaloji dəyişikliklər üzrə nümayəndəliyin vitçe-prezidenti Aleksandr Krassouliya (Bidar, Fransa), Böyük Britaniya Mezoterapiya Cəmiyyətinin Prezidenti, dermatoloq, Paris və London model agentliklərinin danışmanı Filip Hamida-Pizal(London, Böyük Britaniya), Medikas Ltd şirkətinin yaradıcısı və tibbi direktoru, Böyük Britaniya Estetik Tibbi Kollecinin vitçe-prezidenti və konfrans direktoru Beatris Molina (Bristol, Böyük Britaniya) iştirak etmişdir.

Bakou Francophones-in dəstəyi ilə Rive Gauche adlı ilk fransız dilli gözəllik salonunun açılışı baş tutmuşdur. Salonun yaradılmasında məqsəd Azərbaycanda yaşayan fransız dilli kontentin rahatlığını təmin etməkdir. Bakou Francophones-in direktoru Şantal Rollerin istəyi ilə Rive Gauche salonunda beynəlxalq nümayəndəliklərin görüşü təşkil olunmuş və salondakı məhsulların testi həyata keçirilmişdir.

Rive Gauche salonu buraya toplaşan qonaqlara canlı fransız musiqisinin sədaları altında Fransanın bütün gözəlliklərini aşılamağı bacarmışdır. Buraya üz tutan hər kəs özünü rahatlıqla Fransada olurmuş kimi hiss edə bilər. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: