“Baku Brass”ın konserti olacaq

Beynəlxalq Muğam Mərkəzində “Baku Brass” nəfəs alətləri ansamblının konserti keçiriləcək.

Frame.az-ın məlumatına görə, konsert aprelin 25-də saat 19:00-da olacaq.

Konsertdə ansamblın üzvləri əməkdar artistl’r Sirus Məmmədov (truba), Rövşən Quliyev (truba), Andrey Sabayev (valtorna) və Əli Hacıyev (tuba), Kamal Tapdlqov (trombon), Ucal Məmmədxan (zərb alətləri),   həmçinin solistlər Leyla İbrahimova (vokal), Vəli Budaqov (klarnet), Yeganə Tapdıqova (arfa) çıxış edəcəklər. Gecədə Azərbaycan və xarici bəstəkarların əsərləsi səslənəcək.

Biletləri şəhərin kassalarında, Asan Xidmət mərkəzlərində və iticket.az saytında əldə etmək olar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: