Baku Fashion Club-dan ilk layihə “Summer Party”-də-fotolar

Bu günlərdə Excelsior Hotel & Spa Baku otelində “Summer Party” keçirilmişdir. Gecənin ən parlaq incilərindən biri populyar Azərbaycan dizayneri Gülüm Əsədullayevanın yeni yay kolleksiyasının təqdimat mərasimi oldu.

Nümayiş BFC-nin (Baku Fashion Club) dəstəyi ilə təşkil olunmuşdu. Gülümün işləri həmişə qadın bədəninin bütün gözəlliklərini vurğulayan ideal xətlərlə seçilir. Baku Fashion Night layihəsinin daimi iştirakçısı olan dizayner, həmçinin, Most Stylish One, Baku Fashion Week layihəsində də iştirak etmişdir.

Gecədə media nümayəndələri də iştirak etmiş, onların arasında Azərbaycanın əməkdar artisti, müğənni və bəstəkar Tünzalə Ağayeva, populyar müğənni Miri Yusif, Milli geyim mərkəzi və Moda evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova və bir çox başqaları da olmuşdur.

Frame.az

Bu slaydşou üçün JavaScript lazımdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: