«Baku Fashion Club» təşkilatının təqdimatı keçirildi

29 iyun tarixində “Excelsior Hotel & Spa Baku” otelində  dəb sahəsində yeni olan “Baku Fashion Club”ın təqdimatı keçirildi.  BFC təşkilatı Azərbaycanın moda sahəsinin bütün nümayəndələrini “öz qanadı altına” yığmağı planlaşdırır.  Onların arasında geyim və aksessuar dizaynerləri, fəşn-bloggerlər, populyar modellər, jurnalistlər, moda butiklərinin və şou-rumların nümayəndələri, bayerlər, stilist-imicmeykerlər və s. olacaqlar. Klubun iştirakçıları həmçinin, Azərbaycan modasının həvəskarları və pərəstişkarları da ola bilər. Müntəzəm olaraq müştərək görüşlər keçiriləcək, burada klubun iştirakçıları sıxılmadan, dostluq şəraitində sərbəst tanış ola, ünsiyyət qura, təcrübə və fikir mübadiləsi apara, maraqlandıqları məsələləri müzakirə edə biləcəklər. Görüşlər zamanı həmişə “mikrofon açıq” olacaq və klubun iştirakçıları arzuladıqları halda lazımi informasiyanı müzakirə edəcək, özü və öz fəaliyyəti haqqında danışacaq, maraqlandığı sualları auditoriyaya verəcək və cavab alacaq.

Bununla yanaşı, həm yaxın, həm də uzaq xarici ölkələrdən fəşn-sahə nümayəndələrini dəvət etmək  planlaşdırılır. Baku Fashion Club klubunun təşkilatı olan “BFC” – FMS Models-in prezidenti və  Baku Fashion Night moda layihəsinin təşkilatçısı Lyubov Qutorova-Poyraza məxsusdur. “Bu fikir çoxdan mənim beynimdə dolaşırdı, amma 2005-ci ildə FMS Models model agentliyinin, 2014-cü ildə Baku Fashion Night layihəsinin (hazırda Bakıda keçirilən moda həftələrinin müşdəçisi) açılışında olduğu kimi, münasib vaxt gözləyirdi. Bu dəfə xahiş edirəm, sevin və təşrif buyurun – “Baku Fashion Club”a. Bu klub bizə sadəcə zəruridir, əminəm ki, çox yaxın zamanda o, bütün iştirakçıları üçün öz bəhrəsini verəcək.  Canlı dialoq – bütün problemlərin həllinin açarıdır!!!» – deyə Lyubov Qutorova-Poyraz qeyd edib”.

Tədbirdə Azərbaycanın  əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, məşhur Azərbaycan dizayneri Gülnarə Xəlilova, Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva, əməkdar artist Mələk Abbaszadə,  Azərbaycanı “Eurovision2012” mahnı müsabiqəsində təmsil edən müğənni Səbinə Babayeva  və digər  qonaqlar iştirak etdilər. Tədbiri BFC  klubunun  təşkilatçısı Lyubov Quturova açdı və  öz çıxışında klubun məqsədi   və  nə cür fəaliyyət göstərməsi haqqında ətraflı məlumat verdi,  qeyd etdi ki, növbəti görüşün sentyabr ayında keçirilməsi nəzərdə tutulub.

“Baku Fashion Club”klubunun təşkili “Excelsior Hotel & Spa Baku”otelinin dəstəyi ilə keçirildi.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: