FashionTəqdimat

“Baku Fashion Club” təşkilatının təqdimat mərasimi baş tutacaq

İyunun 29-da“Excelsior Hotel & Spa Baku” otelində moda sahəsi üçün yeni olan “Baku Fashion Club” təşkilatının təqdimat mərasimi baş tutacaq.

BFC təşkilatı Azərbaycanın moda sahəsinin bütün nümayəndələrini “öz qanadı altına” yığmağı planlaşdırır. Onların arasında geyim və aksessuar dizaynerləri, fəşn-bloggerlər, populyar modellər, jurnalistlər, moda butiklərinin və şou-rumların nümayəndələri, bayerlər, stilist-imicmeykerlər və s. olacaqlar. Klubun iştirakçıları həmçinin, Azərbaycan modasının həvəskarları və pərəstişkarları da ola bilər. Müntəzəm olaraq müştərək görüşlər keçiriləcək, burada klubun iştirakçıları sıxılmadan, dostluq şəraitində sərbəst tanış ola, ünsiyyət qura, təcrübə və fikir mübadiləsi apara, maraqlandıqları məsələləri müzakirə edə biləcəklər. Görüşlər zamanı həmişə “mikrofon açıq” olacaq və klubun iştirakçıları arzuladıqları halda lazımi informasiyanı müzakirə edəcək, özü və öz fəaliyyəti haqqında danışacaq, maraqlandığı sualları auditoriyaya verəcək və cavab alacaq.Bununla yanaşı, həm yaxın, həm də uzaq xarici ölkələrdən fəşn-sahə nümayəndələrini dəvət etmək planlaşdırılır.

Baku Fashion Club klubunun təşkilatı olan “BFC” – FMS Models-in prezidenti və  Baku Fashion Night moda layihəsinin təşkilatçısı Lyubov Qutorova-Poyraza məxsusdur.

“Bu fikir çoxdan mənim beynimdə dolaşırdı, amma 2005-ci ildə FMS Models model agentliyinin, 2014-cü ildə Baku Fashion Night layihəsinin (hazırda Bakıda keçirilən moda həftələrinin müşdəçisi) açılışında olduğu kimi, münasib vaxt gözləyirdi. Bu dəfə xahiş edirəm, sevin və təşrif buyurun –“Baku Fashion Club”a. Bu klub bizə sadəcə zəruridir, əminəm ki, çox yaxın zamanda o, bütün iştirakçıları üçün öz bəhrəsini verəcək.  Canlı dialoq – bütün problemlərin həllinin açarıdır!!!» – deyə Lyubov Qutorova-Poyraz qeyd edib”.

Baku Fashion Club klubunun təşkili Excelsior Hotel & Spa Baku otelinin dəstəyi ilə keçiriləcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!