EventsFashionTəqdimat

“Baku Fashion Club”ın ikinci iclası keçirilib

Bu günlərdə “Excelsior Hotel & Spa” otelində Azərbaycanda moda peşəkarlarını və həvəskarlarını birləşdirən “Baku Fashion Club”ın ikinci iclası keçirildi. BFC təşkilatçısı və rəhbəri Lyubov Quturova, klubun koordinatoru modelyer-dizayner, həmçinin “Media FM” radiosunun populyar aparıcısı Renara Şəmsiyeva iştirak etdilər.
“Baku Fashion Klub”un ilk addımlarının olmasına baxmayaraq, “Əlincə” zalına toplaşan qonaqların sayının çox olması, moda sahəsində yeni format layihənin uğurlu olmasının göstəricisidir.
İclasda növbəti mövzular müzakirə olunub:
“Yeni başlayan dizaynerin ilk addımları – Nədən başlamaq”
“Moda sahəsində təhsil”
“Uğurun sirrləri”
Mövzu ilə bağlı çıxış edəcək spikerlərin adları:

Fəxriyyə Xələfova – Azərbaycanın əməkdar incəsənət xadimi, İncəsənət Universitetinin moda kafedrasının dosenti, «Fakhriya Khalafova» moda evinin yaradıcısı.
Gülnarə Xəlilova – geyim dizayneri,sənətşünaslıq üzrə fəlsəfə doktoru, Milli geyim mərkəzinin rəhbəri.
Sevil Əliyeva – Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, şəxsi və korporativ stil üzrə imicmeyker.
Günel Behbudova – geyim dizayneri, «Fashion Mystery» moda evinin yaradıcısı.
Natavan Əliyeva– «Fashion School by Natavan»-moda məktəbinin və «Natavan» qalereyasının yaradıcısı, kolleksiyaçı.
Gülşən Mehtiyeva– geyim dizayneri,«TomStil» brendinin yaradıcısı.
Müzakirə “Baku Fashion Club”-ın facebook səhifəsində CANLI yayımlanmışdır.
Bu da öz növbəsində klubun qonaqlarının və iştirakçılarının sayının artmasına təsir edir. Müzakirə iştirakçıları tədbirdən sonra “Belveder” restoranında şam yeməyində toplaşdılar və qeyri rəsmi mühütdə müzakirələr davam etdilər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!