Baku Photo 2017 müsabiqəsi davam edir

Müsabiqədə iştirak qaydası və müsabiqənin müddəti

Müsabiqə fotoşəkillərinin qəbulu 15.05.2017 tarixindən 10.08.2017 tarixinədək olan müddətdə baku.photo@icherisheher.az elektron ünvanı vasitəsilə həyata keçirilir.

Müsabiqədə iştirak etmək üçün məktubun mövzusu sətrində “Baku Photo müsabiqəsində iştirak etmək üçün ərizə” sözlərini qeyd edərək və müsabiqədə iştirak edəcək fotoşəkilləri məktuba əlavə edərək yuxarıda qeyd edilmiş elektron ünvana məktub göndərmək lazımdır.

Müsabiqə iştirakçısı hər bir nominasiya üçün 5-dək fotoşəkil göndərə bilər. Fotoşəkil seriyası (beşə qədər iş) bir iş kimi nəzərə alınacaqdır.

İlkin baxış üçün təqdim olunan fotoşəkillər uzun tərəfi boyunca ölçüsü 1000 nöqtə və əks etmə qabiliyyəti 72 dpi olan .jpg (.jpeg) rəqəmsal formatında qəbul olunur.

Fotoşəkillərin üzərində mətn, hər hansı qrafik element, çəkiliş tarixi olmamalıdır.

Ərizədə müsabiqə iştirakçısının soyad, ad və ata adı (bütövlükdə), əlaqə məlumatı (telefon nömrəsi və elektron poçt ünvanı), nominasiyanın adı və müvafiq hallarda hər bir fotoşəkilin adı qeyd olunmalıdır.

Müsabiqədə həm peşəkar, həm də həvəskar fotoqraflar iştirak edə bilər. Müsabiqə üçün yaş məhdudiyyəti müəyyən olunmayıb.

Ərizədə qeyd olunmuş elektron poçt ünvanına müsabiqənin təşkilatçısından təsdiq cavabı gəldikdən sonra ərizə qəbul edilmiş hesab olunur.

İşləri yarımfinala keçən hər bir müsabiqə iştirakçısı bu barədə müsabiqənin təşkilatçıları tərəfindən elektron poçt vasitəsi ilə məlumatlandırılacaqdır.

Müsabiqənin təşkilatçılarından iştirakçının seçmə mərhələsini keçməsi haqqında məktubu aldıqdan sonra bir həftə ərzində tələb olunan ölçüdə fayllar təqdim olunmalıdır.

İşləri yarımfinal mərhələsinə keçmiş müəllif ölçüsü ən az 8 mb və əks etmə qabiliyyəti ən az 300 dpi olan JPEG fayl təqdim etməlidir.

Yuxarıda qeyd olunan parametrlərə uyğun olmayan fotoşəkillər müsabiqəyə buraxılmayacaq.

Hər nominasiya üzrə müsabiqənin qalibiləri 500 manat məbləğində pul mükafatı və işlərinin sərgisini əldə edəcək.

Bundan başqa, müsabiqənin bütün finalçıları diplom və hədiyyələr qazanacaqlar.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: