EventsFestivallarMədəniyyətTəqdimat

“Baku Soul of Art and Dance” festivalı keçirilib

8 – 16 iyun Bakı Dənizkənarı Bulvarın, Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə bulvarda “Baku Soul of Art and Dance” festivalı keçirildi. Festival artıq bir neçə ildir ki, yay mövsümündə həftə sonları keçirilir. Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, İran və Türkiyədən gələn rəqqasların bir-birindən möhtəşəm rəqs şouları və ifaçıların çıxışları nümayiş olunub.

Festivalın ilk günündə “Youthvision 2019” ölkəmizi təmsil edən gənc müğənni Nadir Rüstəmli Xəzər sahilində yerləşən səhnədə çıxış etdi, daha sonra isə həmin səhnədə Azərbaycan, Gürcüstan, Rusiya və Türkiyədən gələn rəqs qruplarınınçıxışları olub. Gürcüstanlı gənc rəqqasə qız azəri rəqsi olan “Ceyrani” rəqsini azərbaycanlılara gürcülər tərəfindən hədiyyə edərək, rəqs edib.

Festivalın ikinci günündə Azərbaycan, Ukrayna və İrandan rəqs qrupları və ifaçıların çıxışları olub. Konsert zamanı yaş kateqoriyaları arasında ən kiçik yaş olan 5 yaşlı azərbaycanlı qız solo rəqsi ilə hər kəs tərəfindən çox bəyənilib.

Musiqi və rəqs festivalı çərçivəsində peşəkar xoreoqrafların ustad dərsləri də təşkil olunur. Rəqs etməyi öyrənmək istəyən hər kəs açıq rəqs dərslərində iştirak edə bilər. Dərslər müxtəlif beynəlxalq müsabiqələr və çempionatların qalibləri olan peşəkar müəllimlər tərəfindən keçirilir.

Məqsədimiz gənclər arasında sağlam həyat tərzinin təşviqi, ölkəmizin mədəni irsi, xarici, milli və etnik rəqs sənəti, xoş və faydalı istirahət fəaliyyəti və turizmin inkişafı ilə bağlı geniş məlumatların təqdim olunmasıdır. Bu festival ilə gənclərə öz istedadlarını nümayiş etdirmək və əylənmək imkanı yaratmağa çalışırıq ” deyə bildirdi Azərbaycan Gənclər İttifaqının İctimai Birliyi İdarə Heyətinin üzvü və Azərbaycan Rəqs Assosiasiyasının prezidenti Əziz Əzizov deyir.

Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı altında keçirilən konsertdə iştirak edən uşaqlar bir daha sübut etdilər ki, istəyən hər kəs rəqs etməyi öyrənə bilər. Əsas odur ki, özünüzə inanın və cəhd edin.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!