“BakuBus” əməkdaşları və onların ailə üzvləri üçün ödənişsiz göz müayinəsi təşkil edilib

“BakuBus” MMC-nin əməkdaşları və onların ailə üzvləri üçün ödənişsiz göz müayinəsi təşkil edilib.

“BakuBus” MMC-nin mətbuat xidmətindən Frame.az-a bildirilib ki, iyulun 13-də və 14-də reallaşdırılan göz müayinəsi aksiyası “BakuBus” və “Dünyagöz Azərbaycan” MMC-nin əməkdaşlığı çərçivəsində keçirilib.

“BakuBus” MMC-də təşkil olunan aksiyanın əsas məqsədi MMC-nin əməkdaşları və onların ailə üzvlərinin gözlərini müayinə etmək, görmə ilə bağlı problemlərini aşkarlamaq və gələcəkdə baş verə biləcək fəsadların qarşısını vaxtında almaqdan ibarətdir.

Aksiya çərçivəsində əməkdaşlar və onların ailə üzvlərinin gözləri müayinə edilərək ilkin rəy verilib. Həmçinin aksiyaya qatılan hər bir şəxsə 2018-ci il dekabrın 31-dək güzəştli şərtlərlə “Dünyagöz Azərbaycan” MMC-də müayinə, müalicə və əməliyyat olunmaq imkanı verən çek təqdim edilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: