“Bakutel 2017” sərgisində Azercell -in stendi “ən kreativ stend” seçilib

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC uğurları sırasına daha birini əlavə edib. “Bakutel 2017” sərgisində şirkətin stendi təşkilatçılar tərəfindən “ən kreativ stend” olaraq mükafatlandırılıb. Azercell hər il olduğu kimi bu il də mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələrini öz stendində sərgiləyib. Sərgidə ən çox ziyarət olunan stendlər sırasında yer alan Azercell ənənəvi stendində innovativ, həm biznes, həm də asudə vaxt üçün faydalı yenilikləri ziyarətçilərə təqdim edib. “Bakutel 2017” sərgisinin keçirildiyi dörd gün ərzində Azercell stendinin ən aktiv və şən guşəsi olan əyləncə zonası ziyarətçilər üçün xoş sürpriz, hədiyyələr qazandıran müsabiqə və viktorinalarla zəngin olub. Stenddə yeni nəsil İT üzrə həll variantları,  4G və 5G texnologiyalara aid müxtəlif innovativ mobil xidmətlər, müasir mobil cihazlar nümayiş olunub. Onu da qeyd edlk ki,Azercell Telekom MMC bu il“Bakutel”–in nəinki əsas iştirakçılarından biri, həmçinin, Baş Sponsoru olub.

Qeyd edək ki, Azercell iştirak etdiyi həm yerli, həm də beynəlxalq sərgilərdə dəfələrlə mükafatlandırılıb. Telekommunikasiya və təhsil sərgilərində Azercell-in stendi ən çox ziyarət olunan stendlər sırasında birinci olub.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: