EventsFestivallarTəqdimat

Balacalar üçün “Best of 2017” adlı əyləncə proqramı təqdim olunacaq

Dekabrın 9-10-da Azərbaycan Milli İncəsənət Muzeyində balacalar üçün “Best of 2017” adlı əyləncə proqramı təqdim olunacaq.

Muzeydən bildirilib ki, balacaların sevincinə səbəb olacaq bu proqram məhz onların istəyinə uyğun gerçəkləşəcək. Belə ki, proqramda uşaqlar “Sevimli qəhrəmanını yarat”, “Öz butanı yarat” “Bacarıqlı əllər Eyfel qülləsi” və digər mövzularda özlərini sınayacaq, müxtəlif şou-proqramların şahidi olacaqlar.

Əziz uşaqlar, həyatınızı xatirələrlə zənginləşdirmək və unudulmaz etmək istəyirsinizsə, Milli İncəsənət Muzeyini ziyarət etməyiniz kifayətdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!