Mobil dünyaTəqdimat

Barama FinTech Hackathon müsabiqəsinin 3 qalibi

Azercell Telekom və PAŞA Bank-ın dəstəyi, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin və ADA Universitetinin təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli Barama FinTech Hackathon 2017Mobile App layihəsi böyük həyəcanla başa çatdı. Xatırladaq ki, artıq ölkəmizdə dördüncü dəfə təşkil olunan Barama FinTech Hackathon 2017Mobile App layihəsi  mobil developerlərin 36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlamasını özündə ehtiva edən yarışmadır. Beləliklə, 50-dən artıq gənc proqramçının və 16 komandanın qatıldığı yarışmanın 3 qalib komandası bəlli oldu:

1-ci yerin sahibi – “Crocusoft” komandası “Coupay” layihəsi ilə 1500 azn dəyərində hədiyyə qazandı.Layihə alış-veriş zamanı yığılan bonus məbləğlərini mobil telefon vasitəsilə istifadə etməyə imkan verir.

2-ci yerin sahibi – “Conexus” komandası “Nova wallet” layihəsi ilə 750 azn dəyərində hədiyyə qazandı. Bu layihə bitcoin və valyutaları dəstəkləyən elektron pul qabıdır.

3-cü yerin sahibi – “Meraki” komandası “Handy App” layihəsi ilə 450 azn dəyərində hədiyyə qazandı. Həmin layihə isə qrup şəklində insanlar arasında kartdan-karta  pul köçürülməsi əməliyyatlarının həyata keçirmək funksiyasını özündə cəmləmiş bir proqramdan ibarətdir.​

Onu da qeyd edək ki, tədbirin Media dəstəyi  Barama Media və technote.az saytı tərəfindən təmin edilmişdi.

Azercell Telekom-un Barama İnnovasiya Mərkəzi bundan sonra da informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkət kimi fəaliyyət göstərməsinə dəstək verəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!