Baş ağrısını təbii yollarla necə aradan qaldırmaq olar?

Baş ağrısı bəzən bütün bir gününüzü məhv edə bilər. Bu, yuxusuz, əsəbi, stressli bir gündə, əhvalınızı pozan bir şey olanda baş verə bilər. Sadə baş ağrıları daha çox stress, hava vəziyyəti, təzyiq və qanda oksigenin azalmasından irəli gələr.
Ən çox əsəbi ağrılar da, gərgin mühit və stressdən irəli gələn gərginlik tipli baş ağrıları görünər. Ümumiyyətlə boyundan və ya alın bölgəsindən başlayan ağrı, yuxarı doğru çıxar və bütün başa yayılar.

Bəs baş ağrısını təbii yolla necə aradan qaldırmaq olar?

Qaranlıq və səssizlik

Migrenə söykənən bir ağrı isə yaşadığınız, qaranlıq və səssiz bir otaqda yataraq böhranı aradan qaldırmağı seçin.

Açıq havada gəzmək

Stress və gərginlikdən uzaq bir mühitdə istirahət etməyə çalışın. Olduğunuz yerin havasının təmiz olmağına diqqət edin. Ağrıdan ötəri işığa qarşı həssaslığınız artdısa, qaranlıqda istirahət edin.
Özünüzdə o gücü tapırsınızsa, açıq havada gəzmək də baş ağrısına yaxşı təsir edir.

Masaj

Gicgah hissəini, qaşlarınızın arasından alınınıza doğru və burun dəliklərinin üzərindən başlayaraq göz kənarlarına doğru dərinizi dartaraq masaj edin.

İsti duş

İsti duş, bədəninizdə boşalma hissi yaradar. Duşa girməsəniz, ayaqlarınızı isti su dolu bir qabda saxlayın, su ilıq olana qədər soyuq su əlavə edin. Ayaq duşundan sonra corab geyinin və istirahət etmək üçün yatın. Beyində yüksələn qan axışı ayaqlara köçürülər və baş ağrısı sona çata bilər.

Soyuq kompres

Bir bezi soyuq suyla isladaraq və ya paketə buz qoyaraq başınıza soyuq kompres edin.

 

Ağrıkəsici istifadə etməmişdən əvvəl mütləq həkiminizə məsləhətləşin. Ancaq, hər ağrıda dərman istifadə etməyi vərdiş halına çevirməyin.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: