“Battle of Brands” layihəsi baş tutdu

Nəhayət həftələrdir haqqında danışılan “Battle of Brands” layihəsi baş tutdu. Aprelin 21-i “New Baku Otel”-də “Student Club Azerbaijan”, Equalpress.az və Azad İstehlakçılar Birliyi tərəfindən keçirilən tədbirdə şirkətlər, media qurumları və gənclər bir araya gəldi.

Tədbir Cümhuriyyətin 100 illiyində ölkə iqtisadiyyatının, mətbuatın və gəncliyin qarşılıqlı əlaqəsinin vacibliyindən danışan Elnur Məmmədovun açılış nitqi ilə başladı. Tədbirdə iştirak edən şirkət və media nümayəndələrinə təşəkkür edilib, komandalara uğurlar arzulandı.

Ardınca tədbirdə “Avrora LLC”-nin marketoloqu, “Laferalla”-nın Brend Meneceri Novruz Rüstəmov (Novak Rustamovič) öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşdü, onlara marketinq haqqında ən zəruri biliklərdən danışdı.

Bundan sonra  müxtəlif şirkətləri təmsil edəcək komandalar tərəfdaş şirkətlərin verdiyi hədiyyə uğrunda mübarizəyə başladılar. Hər komandanın təmsil etdiyi şirkətlərin köynəklərinin geyinməsi, roll-uplar, bannerlər, flayerlər, hədiyyələr və digərləri tam bir marketinq ab-havası yaradırdı. Məkanın bayraqlarla bəzədilməsi isə Cümhuriyyətin 100 illiyini tam əks etdirirdi. Digər intellektual yarışlardan fərqli olaraq bu yarışı daha maraqlı edən gənclərin məntiqləri və dünyagörüşləri ilə yanaşı Brendlər haqqında biliklərinin də sınağa çəkilməsi oldu.

Komandalar üç mərhələdə  mübarizə apardılar, gərgin və maraqlı keçən yarışın sonunda 3-cü yerin sahibi “Step IT” komandası, 2-ci yerin sahibi “Butam” komandası və 1-ci yerin sahibi “Betek” komandası oldu və müxtəif şirkətlərdən dəyərli hədiyyələr qazandılar.

Tədbirin ən möhtəşəm hissəsi isə hədiyyələrin təqdimedilmə mərasimi oldu. Müxtəif şirkətlərin nümayəndələri tərəfindən mükafatlandırılmadan dərhal sonra bütün iştirakçılar, təşkilatçılar, şirkət və media nümayəndələri ilə birlikdə xatirə şəkli çəkildi.

Tədbirdə göstərdiyi dəstəyə görə aşağıdakı şirkətlərə təşəkkür edirik:

New Baku Hotel
UPPER Education
Expressbank
Avrora Group
Sobsan Boya
Betek
Starbucks
MADO Azərbaycan
BUTAM
STEP IT Academy Baku
IMZA GROUP
Concept Anti Cafe
EC Travel Agency
LEnar-X
Go Travel

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: