EventsIqtisadiyyatMüsabiqələrTəhsilTəqdimat

Student Club Azerbaijandan möhtəşəm “Battle of Brands” layihəsini qarşılayın

21 aprel 13:00-da başlayacaq Student Club Azerbaijan-ın “Battle of Brands” layihəsinin məqsədi Cümhuriyyətin 100 illiyi münasibəti ilə Şirkətləri, Media qurumlarını və Gəncləri bir araya gətirməkdir.

Tədbirimizdə Avrora LLC-nin marketoloqu, Laferalla-nın Brend Meneceri Novruz Rüstəmov ( Novak Rustamovič) öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşəcək.

Ardınca müxtəlif şirkətləri təmsil edəcək komandalar tərəfdaş şirkətlərin verdiyi hədiyyə uğrunda mübarizə aparacaqlar. Digər İntellektual yarışlardan fərqli olaraq bu yarışda Məntiqinizlə yanaşı Brendlər haqqında məlumatlarınızdan da istifadə edib yarışmalı olacaqsız.

Tədbirimizdə iştirak edən və təmsil olunan şirkətlər tədbirdəki media qurumlarına öz uğurları və fəaliyyətləri haqda məlumat vermək imkanı əldə edib, hədiyyələri və təcrübələri ilə müsabiqədə iştirak edəcək gənclərə dəstək olacaqlar.

Tədbirdə iştirak edəcək media qurumları ölkəmizdə ilk dəfə keçiriləcək Battle of Brands yarışının bir parçası olacaqlar və Cümhuriyyətin 100 illiyi şərəfinə keçiriləcək bu tədbirin ictimaiyyətə çatdırılması üçün çalışacaqlar.

İndi isə möhtəşəm üçlüyü tamamlamaq üçün növbə siz gənclərdədir, yalnız birlikdə olduğumuz zaman 3 rəngli bayrağı başımız üstünə qaldırıb, Bir kərə Yüksələn Bayraq Bir daha enməz deyə bilərik, bəs sən, bu məsuliyyətli, şərəfli və heç vaxt təkrarlanmayacaq bir anın bir parçası olmağa hazırsanmı ?!

O zaman 5 nəfərlik Komandan ilə qeydiyyatdan keç, seçiləcək 8 Komandadan biri olmaq şansı əldə et. Yarışmaya qoşul və iştirakçı kimi təmsil edəcəyin şirkətlərdən hədiyyələr qazan.

Qalib komandanı isə müxtəlif şirkətlərdən daha dəyərli hədiyyələr gözləyir!

Təşkilatçılar:
Student Club Azerbaijan
Azad İstehlakçılar Birliyi
Economy&Quality Journal

Tədbir New Baku Hoteldə təşkil olunacaq.

İştirak bütün gənclər üçün ödənişsizdir. Tədbirdə iştirak etmək üçün linkə daxil olub qeydiyyatdan keçin.

Tədbirdə həm öz komandanızla qeydiyyatdan keçib yarışa qoşula, komandanız yoxdursa fərdi şəkildə qoşulmaqçün qeyd olunan linkdən qeydiyyatdan keçə bilərsiz. Əvvəlcə sizə marketinq haqda zəruri biliklər izah ediləcək, ardınca müsabiqəyə başlayacaqsız.

Komanda ilə müsabiqəyə qoşulmaq üçün link: https://goo.gl/GXe2GB

Fərdi şəkildə müsabiqəyə qoşulmaq üçün link (Komanda biz tərəfdən yaradılacaq): https://goo.gl/LJrx4H

İzləyici kimi qeydiyyatdan keçmək istəyənlər üçün link: https://goo.gl/1dtmzo

Ətraflı məlumat: 050 719 01 86

Qeyd edək ki Frame.az tədbirin informasiya dəstəkçilərindən biridir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!