EventsSərgiTəqdimat

Bayraq günündə ağaclar əkildi

Noyabrın 9-da Dövlət Bayrağı günündə İçərişəhər Art Tower qalereyasında bir sıra silsilə tədbirlər həyata keçirilib.

İlk öncə Art layihə çərçivəsində həyata keçirilən müxtəlif əl işlərindən ibarət olan sərgidə qonaqlar, şəhər əhalisi maraqlı işlərlərlə tanış olublar. Daha sonra bir neçə rəssamın da qatıldığı açıq hava plenerində günün mövzusuna uyğun şəkillər çəkilib, əl işləri hazırlanıb.

Tədbir ekoloji Art layihə olan H.E.Art- metal çəlləklərdə rəsm işlərinin təqdimatı ilə davam edib. Qeyd edək ki, bu layihənin rəhbəri Arts Council Azerbaijan-ın rəhbəri Dadaş Məmmədovdur.

Gün boyu sərgiyə baş çəkən bütün qonaqlara bayraqlar paylanılıb.

Tədbir metal çəlləklərdə ağac əkilərək sonlandırılıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!