Baku City CircuitEventsFormula 1Oxu zalıTəqdimat

BCC Akademiyasında “Könüllülərlə iş” kitabının təqdimatı baş tutub

7 Dekabr, BCC Akademiyasında Formula 1 Azərbaycan Qran Prisi keçirildiyi müddət ərzində ən aktiv könüllü və jurnalistlərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə eyni zamanda “Könüllülərlə iş” kitabının təqdimatı da baş tutub. Bakı Şəhər Halqasının dəstəyi ilə çap edilən kitabda könüllülük fəaliyyəti, könüllü proqramının qurulması və könüllülərlə işin təşkili kimi məlumatlar öz əksini tapıb. Bakı Şəhər Halqası əməkdaşları Tural Hümbətov və Atif Qəmbərovun müəllifi olduqları kitab həm könüllülər, həm də könüllülərlə işləyən hər kəs üçün çox faydalı məlumat vasitəsinə çevriləcək.

Mükafatı alanlar sırasında BCC Akademiyada illər ərzində aktiv olan könüllülərlə yanaşı ATV jurnalisti Mahmud Rövşən oğlu və AZTV jurnalisti Vasif Acalov da var.

Müəlliflər 2004-2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıblar.

2014-cü ildən etibarən ölkədəki kütləvi idman tədbirlərinin könüllülər proqramında – İlk Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, 4-cü İslam Həmrəyliyi Oyunları, 15-ci Avropa Gənclər Olimpiya Festivalı və Formula 1 Azərbaycan Qran Prisində tətbiq etdikləri metodlar sayəsində ümumilikdə 100 min nəfərdən çox gəncin könüllü proqramlarına müraciət etməsini təmin ediblər.

Komanda olaraq Azərbaycanda idman tədbirlərində kütləvi könüllülüyün yaradılmasında mühüm rol oynayıblar, idman könüllülüyünün yaradılması və inkişafında ilklərə imza atıblar.

Müxtəlif yerli və beynəlxalq tədbirlərdə bu sahənin eksperti kimi öz təcrübələrini bölüşürlər. Xarici ölkələrdə beynəlxalq tədbirlərin könüllülər proqramının qurulmasında məsləhətçi kimi fəaliyyət göstəriblər.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistrlarına “Könüllülərin idarə olunması” fənnini xarici dildə tədris edirlər.

Bütün nailiyyətlərin məntiqi nəticəsi olaraq, Azərbaycan Könüllü Təşkilatları İttifaqının ilk sədri vəzifəsinə seçkilərdə uğur qazanılmışdır.

Hazırda, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində könüllülər proqramını inkişaf etdirirlər.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!