Berlin ponçikləri

Hazırlanması: Südü qızdırıb, üzərinə 1 x.q. şəkər tozu, 2 ç.q. un və maya töküb qarışdırırıq, 15 dəq. sakit qoyuruq. Ayrıca qabda yumurta sarısı, bitki yağı, şəkər tozu, duz, vanilini qarışdırırıq, acımış xəmir-mayanı üzərinə əlavə edib ehmallıca qarışdırırıq. Duz səpirik və unu hissə-hissə əlavə edirik. Hamar xəmir olana qədər yoğururuq.

Xəmiri dərin qaba qoyub üstünü dəsmalla örtürük və 1 saat isti yerdə saxlayırıq. Xəmir gəldikdən sonra stolun üstünə un səpib xəmiri kündələyirik. Xəmiri 1 sm. qalınlıqda yayıb, stəkanla yumru kəsirik.

Perqament kağızının üzərində 30 dəq. saxladıqdan sonra duru yağı qızdırıb ponçiklərin hər iki tərəfini qızardırıq. Yağını çəkmək üçün mətbəx salfetinin üzərinə qoyuruq və mətbəx şprisini cemlə doldurub ponçiklərin içinə vururuq. Üzərinə şəkər kirşanı səpirik.

Nuş olsun!

 P.S. Əyər yenə də hazırlamağa vaxtınız olmasa o zaman @Brothaus-a buyurun və ləziz ponçiklərdən nuş edin..

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: