Berlində 10-cu IFA 2018 sərgisi keçirilir

Dünyanın ən məşhur texnoloji brendləri məhsullarını Berlində nümayiş etdirir; “Acer” – tədbir iştirakçılarından biridir

Dünyanın ən yaxşı brendləri sənaye liderliklərini Berlində təşkil olunan IFA 2018 10-cu Beynəlxalq istehlak elektronikası sərgisində nümayiş etdirib, bir sıra “ağıllı” innovasiyaların təqdimatını keçirirlər. Builkisərginin əsastəmayüllərinə ev üçünintellektualavadanlıqlar, süniintellekt, dahakeyfiyyətligörüntülü televizorlarvə şəbəkəyə çıxış imkanı olanelektrikcihazlardaxildir. Ümumiyyətlə, sərgidə 1 814 məhsul təqdim olunur.

“IFA – rəqəmsal dünyanın əsl katalizatorudur. Bu sərgi miqyasına və rəqəmsal innovasiyalar üçün təqdim etdiyi artım potensialına görə dünyanın ən iri sərgisidir”, – deyə IFA-n;n icraçı direktoru Yens Hetçerer bildirib.

Sərgi çərçivəsində müxtəlif brendlər istehlakçılara artıq öz məhsullarının təqdimatını keçirib, texnoloji innovasiyaları nümayiş etdiriblər. IFA 2018 dünyaya bazarda ilk dəfə yer alan məhsulları göstərdi. “Acer” şirkəti 7 yeni məhsulu təqdim edən yeganə şirkət oldu. Şirkət dünyanın ən nəzik noutbukunu (“Swift 5-15”) nümayiş etdirib ki, sözügedən noutbukun çəkisi 990 qram təşkil edir. Noutbuk tam sensorlu ekrana malikdir (HD 1920×1080). Bundan başqa, “Acer” təhsilə həsr olunmuş dünyanın ilk əlavəsini və xüsusilə oyunlar üçün hazırlanmış və əyilmiş ekrana malik olan noutbuku təqdim edib.

“PredatorThronos” – “Acer”in xüsusilə qeymerlər üçün maraqlı olacaq yeni məhsuludur. Bütün yeni “Predator Thronos”lar qeymerin oyun məkanını yeni mərhələyə çıxarırlar. 1,5 metrlik hündürlüyə malik olan polad konstruksiyalı kreslo vahiməli qara rəngə boyanıb. Qeymer oyunun effektini tamamlayan güclü vibrasiya sayəsində oyuna qapılır. Sözüfedən kreslo nizamlanır və oturacağın, ayaq üçün altlığın və 140 dərəcəyədək əyilə bilən kabinin erqonomik konstruksiyası ilə fərqlənir. Yuxarıdakı bənd 3 ədəd 27-düymluq monitorun bərkidilməsi və fərdi “Predator”un yeri üçün nəzərdə tutulub. Fərdi və üç ekranlı “Predator”larvə üstəlik qacetlərlə “Thonos” oyun kreslosundan daha artıqdır – bu, “qeymerin mağarasıdır”.

IFA-da “next@acer” mətbuat konfransı zamanı “Acer” şirkəti dünyanın ilk sökülüb-yiğılan qarışıq reallıq dəbilqəsini təqdim edib – “Acer Windows Mixed Reality” – “Acer OJO 500”. Yeni qarnitur mükəmməl elastikliyi, rahatlığı və istehlakçı və biznesin gigiyenasını təmin edən çıxarılıb-taxılan konstruksiya ilə təchiz olunub. “Acer OJO 500”ü, həmçinin, təhsil və elm sahəsində də istifadə etmək mümkündür.

“Yeni “AcerOJO 500” “WindowsMixedReality” tipli qarniturlar üçün bir neçə yeni vacib funksiya təklif edir. Biz innovasiyalı vizual və audio texnologiyalarla işi yaxşılaşdırmışıq və qarnituru istifadədə daha rahat və asan etmişik”, – deyə “Acer Inc.”şirkətinin baş meneceri Endryu Çjuan qeyd edib.

“IFA 2018” sərgisi sentyabrın 5-dək davam edəcək. Tədbirin ziyarətçiləri xüsusilə onlar üçün buraxılmış bütün yeni məhsullarla tanış olub, onları əldə edə bilərlər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: