“Best Comp Group” da öz endirimləri ilə Bakı Şopinq Festivalında!

Bu gündən etibarən “Best Comp Group” şirkəti də BSF-də qeydiyyatdan keçərək festvala qoşulub. Bununla da “Best Comp Group”un Bakının mərkəzində ayrı-ayrı ünvanlarda yerləşən mağazaları Bakı Şopinq Festivalının iştirakçı statusu alıblar.

Bakılılar və şəhərimizin qonaqları mayın 10-dək Səməd Vurğun, 28 may, Fizuli, Atatürk küçələrində yerləşən məşhur “Bestel” və “Everbest” mağazalarında alış-veriş etməklə böyük güzəştlər əldə edəcəklər.

Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan həmin mağazalarda seçilmiş mallara 30 faizədək endirimlər təqdim ediləcək, eləcə də, ƏDV-ni geri almaq mümkün olacaq.

Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan “Best Comp Group” mağazalarında alış-veriş etməklə, öz büdcəsinə  qənaət etməyə dəvət edir.

Festivala qoşulmuş mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər. Bakı Şopinq Festivalı çərçivəsində alıcılar “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazalarda Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/ru/istirakcilarin-siyahisi/  linkində tanış olmaq olar.

Sevdiyiniz, bəyəndiyiniz malları  sərfəli qiymətlərlə əldə edib üstəlik  ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı  mağazalarda alış-veriş etməyə tələsin!

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: