Beynəlxalq Avtomobil Federasiyası vəfat etmiş yürüş direktorunun vəzifələrini yeni şəxslərə həvalə edib

Beynəlxalq Avtomobil Federasiyası Bəhreyn Qran-Prisi ərəfəsində vəfat etmiş yürüş direktoru Çarli Uaytinqin vəzifələrini bölüşdürüb. Avstraliya Qran-Prisində mərhum direktorun vəzifələrini Maykl Masi icra edib.

Frame.az xəbər verir ki, Masi Bəhreyndə də yürüş direktoru vəzifələrini icra edəcək. O, həmçinin Beynəlxalq Avtomobil Federasiyasının təhlükəsizlik üzrə nümayəndəsi olub. Eyni zamanda, Masi yürüşün startının elan edilməsindən sonra bu vəzifələri icra etməyəcək. Bu funksiyanı Formula 1-in logistika üzrə meneceri Kristian Brill yerinə yetirəcək.

Yürüşləri idarəetmə məntəqəsi sisteminə cavabdeh olan Kolin Heyvud isə yürüş direktorunun müavini vəzifəsini icra edəcək. Beynəlxalq Avtomobil Federasiyasının rəhbərliyi Uaytinqin yerinə yeni şəxsin təyinatı məsələsini nəzərdən keçirir. Əvvəllər mərhum direktor uzun müddət hər üç funksiyanı yerinə yetirmişdi.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: