Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçiriləcək

Avqustun 8-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirəcək.

Şuradan Frame.az-a bildiriblər ki, builki Beynəlxalq Gənclər Gününün konsepti təhsildə transformasiyadır. BMT-nin “Dayanıqlı İnkişaf Gündəliyi – 2030”a uyğun hazırlanan tədbir IV Dayanıqlı İnkişaf Məqsədi olan keyfiyyətli təhsilin təbliği və inkişafına həsr ediləcək. Tədbirdə keyfiyyətli təhsili təmin etmək və inklüziv cəmiyyətlərdə gənclərin rolunu artırmaq üçün bilik və təcrübələrin vacibliyindən danışılacaq.

Beynəlxalq gənclər hərəkatının fəal üzvü olan Azərbaycan gəncliyi bu gün Avropanın və dünyanın 30-dan çox nüfuzlu beynəlxalq təşkilatında təmsil olunur. Bununla əlaqədar NAYORA Beynəlxalq Gənclər Gününü qurumun üzvləri, eləcə də üzv olmayan təşkilatların nümayəndələri ilə birlikdə qeyd etməyi planlaşdırır. Bu baxımdan tədbirdə gənclər üçün mədəni-musiqili konsert, fərqli peşə sahiblərinin təlim və çıxışları, xarici ölkələrin milli rəqsləri, məşhur musiqi qruplarının ifaları, oyunlar təşkil olunacaq. Pilot Cəlal Rəhimov, alpinist, səyahətçi Baba Ağayev, fotoqraf İradə Qədirova və jurnalist, aktrisa Cəmilə Məmmədli bu tədbirlərdə iştirak edərək fikir və təcrübələrini bölüşəcəklər.

Tədbirdə iştirak etmək üçün http://bit.ly/2yJ8VO0  linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: