Beynəlxalq Muğam Festivalı çərçivəsində “Segah” muğamı səsləndirildi

Martın 10-da Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən möhtəşəm konsertdə “Segah” muğamı” ifa olundu.
Qeyd edək ki, 07-14 mart  tarixində keçirilən Festival Heydər Əliyev Fondu,Mədəniyyət və Turizm Nazirliyi,Azərbaycan Milli Elmlər Akademiyası,Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən təşkil edilib.
Festivalın bədii rəhbəri Bəstəkarlar İttifaqının sədri,Xalq artisti,ptofessor Firəngiz Əlizadədir.
Festival çərçivəsində məşhur muğam ifaçılarının konsertləri,beynəlxalq elmi simpoziumlar,gənc muğam ifaçılarının muğam müsabiqələri keçirilir,tamaşalardan və operalardan parçalar göstərilir.
Festivalda iştirak etmək üçün Türkiyədən,Moldovadan,Polşadan,İrandan,İraqdan,Özbəkistandan,Tacikistandan,Qazaxıstandan,Misirdən,Suriyadan,İordaniyadan və digər ölkələrdən münsiflər və musiqiçilər dəvət olunub.
Festival çərçivəsində keçirilən konsertlərdə “Rast” və “Şur” muğamları ifa olunmuşdur.Martın 10-da  Mərkəzdə Əməkdar artist,  xanəndə Babək Niftəliyev “Segah” muğamını ifa etdi. İfaçını tarda Ayaz İmranov, kamançada Elnur Mikayılov,nağarada Ramin Abdullayev,balabanda Rafael Əsgərov müşayiət edirdi.
Anşlaqla keçən konsertdə mədəniyyət xadimləri,ictimaiyyətin nümayəndələri,simpoziumun iştirakçıları olan xarıcı qonaqlar,muğam biliciləri xanəndənin ifasını alqışlarla müşayiət etdilər və onu təkrar-təkrar səhnəyə çağırdılar.
Xatırladaq ki,bu gün saat 17:00-da “Çahargah” muğamı ifa olunacaq.Martın 13-nə qədər hər axşam “Bayatı-Şiraz”,”Şüştər” və “Hümayun” muğamları ifa ediləcəkdir.
Biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərsiniz.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: