Beynəlxalq Muğam Mərkəzi karantin günlərində yeni onlayn layihələrə start verib

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən martın 14-dən başlayaraq ölkə ərazisində tətbiq edilən sosial izolyasiya tədbirləri ilə əlaqədar olaraq bütün mədəniyyət müəssisələri kimi Beynəlxalq Muğam Mərkəzi də konsert və layihələri dayandırıb.
Dünya koronavirusla mübarizə apararkən cənab Prezidentimiz İlham Əliyev tərəfindən təcili lazımi qərarlar verildi. Prezidentimiz İlham Əliyev və Birinci vitse Przezident Mehriban xanım Əliyeva xalqa  müraciət etdilər. Bu gün dövlətimiz bu gözəgörünməyən düşmənlə mübarizə aparmaq üçün vətəndaşlarının yanında olaraq onların sağlamlığının və həyat fəaliyyətlərinin müdafəsi üçün bütün tədbirləri görməkdədir. Biz dövlətimizə,  cənab Prezidentin və Birinci vitse prezident Mehriban xanımın müraciətlərinə dəstək və gələcəyimiz naminə həmrəy olmalıyıq.
Bu günlərdə Mədəniyyət Nazirliyi mədəniyyətimizin təbliği istiqamətində bir çox yeni onlayn layihələrin reallaşdırılmasını həyata keçirdi. Nazirlik tərəfindən bir neçə yeni layihələr təqdim edildi. Bütün bu addımlar səmərəli mədəni aktivliyə  və yaradıcı ruhun davamlılığına xidmət edir.
Əminik ki, cənab Prezidentin rəhbərliyi altında müvafiq dövlət qurumlarının və cəmiyyətimizin birgə səyləri ilə ölkəmiz bu çətin sınaqdan qısa zamanda çıxacaq.
BMM də öz növbəsində karantin günlərində evdə olan vətəndaşlarımıza bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycan mədəniyyətinin, muğam sənətimizin zənginliyini  çatdırmağa çalışacaq.
Mütəmadi olaraq müxtəlif  konsert, elmi nəzəri və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələn BMM müvəqqəti olaraq onlayn şəkildə öz Facebook və İnstagram səhifəsindəndən sizlərə mədəni  xidmət göstərəcək.
BMM-nin təqdim edəcəyi  ilk layihə muğam ifaçıları tərəfindən sənətsevərlərə ünvanlanacaq maarifləndirici və pozitiv çağırışlardan ibarətdir.
İkinci  layihədə əvvəlcədən elan edilməklə qısa olaraq muğam saatı konsertləri təşkil ediləcək.
Üçüncü layihə isə Beynəlxalq Muğam Mərkəzinin  foyesində büstləri bərqərar olan muğam korifeyləri və muzey hissəsindən qədim musiqi alətləri ekspozisiyasından mühazirələr təqdim olunacaq.
Layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi  böyük auditoriyaya tanıtmaqdır.
Hər üç layihənin saatları haqqında əlavə məlumat BMM-nin Facebook və İnstagram səhifələrində veriləcək. Tezliklə sizi layihələrin qrafikləri ilə tanış edəcəyik.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: