Beynəlxalq Muğam Mərkəzi Peru etnik musiqiçilərinin iştirakı ilə maraqlı layihə təqdim edir

Beynəlxalq Muğam Mərkəzində öz fəaliyyətində muğam, aşıq və klassik musiqinin təbliğatına həsr olunmuş layihələr ilə yanaşı mütəmadi olaraq maraqlı etnik musiqi konsertləri də təşkil edir.
Muğam Mərkəzinin “Etnik musiqi inciləri” layihəsi çərçivəsində Rumıniyadan,Moldovadan,Türkiyədən, Yunanıstandan, Mərakeşdən və başqa ölkələrdən gəlmiş etnik musiqiçilərin konsertləri uğurla keçmişdir.
Muğam Mərkəzi “Sound Waves” adlı daha bir uğurlu konsert-layihəyə imza atmışdır ki,bu layihə əsasında da İtaliyadan,İspaniyadan,Yunanıstandan,Portuqaliyadan və digər ölkələrdən gəlmiş etnik musiqiçilər səhnədə Azərbaycan muğam ifaçıları ilə birlikdə müxtəlif xalqların etnik musiqi nümunələrindən ibarət musiqi kompozisiyası yaradaraq gözəl səhnə ifaları təqdim etmişdilər.
Mayın 4-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Perudan gəlmiş musiqiçilər Azərbaycan muğam ifaçıları ilə birlikdə çıxış edəcəklər. Konsert Avropa İttifaqının Azərbaycandakı nümayəndliyinin təşkilatı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2-ci “IMAGINE” Avropa tolerantlıq festivalı çərçivəsində keçirilir.
“Charango meets Mugam” adlı konsertdə Perudan gəlmiş iki ifaçı -Karl Struyf və Aleksandro Riva Azərbaycanın əməkdar artistləri Sahib  Paşazadə (tar),Toğrul Əsədullayev (kamança),eləcə də istedadlı xanəndə Nisbət Sədrayeva ilə birlikdə çıxış edəcəklər.
Çaranqo qədim simli  musiqi alətidir və Latınamerikası musiqisini müşayiət etmək üçün istifadə edilir.Əsasən kişi ifaçıların istifadə etdiyi Çaranqo xarıcı görünüşünə görə gitaraya bənzəyir,10 simi var,iki oktavaya qədər diapazonu olan alət geniş musiqi repertuarını müşayiət etmək imkanına malikdir.
Konsert saat 20:00-da başlayır.
Qeyd edək ki, mayın 6-da baş tutacaq “Rembetiko meets Mugam” adlanan konsertdə isə adı çəkilən Azərbaycan musiqiçiləri Yunanıstandan gəlmiş etnik ifaçılar ilə birlikdə çıxış edəcəklər.
Biletlər şəhərimizin kassalarında, “Asan Xidmət” mərkəzlərinin kassalarında və iticket.az saytında satılır.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: