Beynəlxalq Muğam Mərkəzi Tbilisidə “Dəyirmi masa” layihəsini təqdim edib

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə Tbilisidə  Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və Gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir  əlaqələr və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
BMM-nin bu layihənin keçirməsində məqdəsi Azərbaycan muğam sənətini və milli mədəni irsinin təbliği və ölkə xaricində arxivlərdə muğam sənətimizıə bağlı məlumatların əldə edilməsidir.

Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin (BMM) və Gürcüstan Dövlət Folklor Mərkəzinin birgə təşkil etdikləri tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hər iki  ölkənin folklor və milli musiqi mərkəzlərinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gürcüstan Dövlət Folklor Mərkəzində təşkil edilən tədbiri mərkəzin  direktoru Georgi Donadze  açaraq Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrdən söz açdı.  Bildirdi ki, rəhbərlik etdiyi mərkəzlə BMM arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bu sənəd ikitərəfli mədəni əlaqələrin inkişafında hüquqi baza yaradıb. Memorandum birgə konsert, forum, konfrans və dəyirmi masaların təşkili üçün də geniş imkanlar yaradır.Gürcüstan ilə Azərbaycan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsnin zəruriliyindən danışan G.Donadze deyib ki, rəhbərlik etdiyi qurum bu münasibətlərin genişləndirilməsinə və daha da möhkəmlənməsinə dəstək verməyə hazırdır. Mərkəz direktoru 2020-ci il ərzində həm Gürcüstan, həm də Azərbaycanda birgə konsert və müxtəlif mədəni görüşlərin planlaşdırıldığınıda diqqətə çatdırdı.

BMM-in direktoru Murad Hüseynov göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etdi. O, Beynəlxalq Muğam Mərkəzinin tarixi və fəaliyyəti barədə ətraflı məlumat verdi. M.Huseynov ölkəmizdə muğam sənətinin inkişafında, dünyada tanıdılmasında Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətlərini və Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd edib. Bildirib ki, məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə Beynəlxalq Muğam Mərkəzinin açılışı olub. Açılış tədbirində Azərbaycan Prezidenti İlham Əliyev, UNESKO və digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.  Vurğuladı ki, memorandum  mərkəzlər arasında əlaqələrinin inkişafında mühüm rol oynayacaq. Bildirib ki, Gürcüstan Dövlət Folklor Mərkəzi ilə faydalı əməkdaşlıq sayəsində ömrünün 30 ilini Tbilisidə yaşayan tanınmış muğam ifaçısı, “Bülbülcan” təxəllüsü ilə tanınan Əbdülbaqi Zülalov haqqında gürcü və Azərbaycan dilində kitab nəşr olunub

Diqqətə çatdırdı ki, Heydər Əliyev Fondunun və BMM-in birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq muğam və musiqi festivallarında   Gürcüstandan olan musiqiçilər də iştirak edir.  Direktor həmçinin Tbilisidə Azərbaycan musiqisinin, mədəniyyətinin təbliğində M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rolunun xüsusi qeyd edib.
Direktor həmçinin Heydər  Əliyev Fondu tərəindən həm ölkəmizdə həm də xaricdə təşkil edilən mədəni layihələrdən söz açdı. Azərbaycanda təşkil edilən oxsaylı musiqi festivalları haqqında məlumat verib və gürcü musiqiçilərini bu festivallarda fəal iştiraka dəvət edib.

Gürcüstan Xalq Mahnıları və Musiqi Alətləri Muzeyinin direktoru Revaz Kodrikadze çıxışında Azərbaycan mədəniyyəti barədə fikirlərini bölüşüb. Şuşa musiqi məktəbinin yetirmələrinin Gürcüstanda da yaxşı tanındıqlarını bildirib. O XIX əsrdə Bülbülcan, Xan Şuşinski, Sadıqcan və digər muğam ustalarının Gürcüstanda çox sevildiyini bildirib.

“Dəyirmi masa”nın iştirakçıları tədqiqatçı alim Gülhüseyn Kazımov Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin tarixi kökləri, XIX əsrin əvvəllərində Azərbaycan muğam ifaçısı Bülbülcan, Səttar və tarzən Sadıqcanın , eləcə də Seyid Şuşinskinin yaradıcılığının müəyyən bir hissəsinin Tbilisi həyatı ilə bağlı olduğunu vurğulayıb və Azərbaycanın muğam sənətində böyük iz qoyan bu şəxsiyyətlərin mədəni əlaqələrimizin inkişafına böyük təkan verdiklərini bildirib.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi muğam və poeziya mövzusunda çıxışında Azərbaycan şairlərinin Tbilisi ilə bağlı yazdıqları şeirlərdən danışıb, Bildirib ki, muğam ifaçıları kimi şairlərimizin, qələm adamlarımızın da bir çoxunun həyat və yaradıcılığı Tbilisi ilə sıx bağlı olub. Əliağa Vahid, M.Ş.Vazeh,  Abbasqulu Ağa Bakıxanov və digər görkəmli şairlərin Tbilisi ilə bağlı şeirlərindən misallar çəkdi.

Tbilisi Dövlət Konservatoriyasının əməkdaşı Nino Gambaşidze, Gürcüstan xalq mahnı və alətləri Dövlət Muzeyinin əməkdaşı Ketevan Bayaşvili çıxış edərək  Azərbaycan- Gürcüstan mədəni əlaqələrindən, aşıq sənəti, folklor nümunələri haqqında danışıb, fikirlərini bölüşüblər. Bildirdi lər ki, iki xalq tarixən hər zaman bir-birnə yaxın olub və mədəniyyətləri bölüşüblər. Bu gün biz bu qarşılıqlı münasibətlərin öyrənilməsi. Tədqiq edilməsi və gələcək nəsillərə ötürülməsi üçün bütün imkanlardan istifadə etməliyik.

Dəyimi masa tarixi köklər, musiqi sahəsində araşdırmalar, arxiv sənədlərində qorunan tarixi mənbələrin açılması kimi mövzularda müzakirələrlə davam edib.

Layihənin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru isə tədqiqatçı-alim Gülhüseyn Kazımovdur.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: