MusiqiMədəniyyət

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan, Fransa və Belçika Caz triosunun konserti keçirildi

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində dünən caz layihəsi çərçivəsində dünyaca tanınmış musiqiçilər Elçin Şirinovun (Azərbaycan), Linley Marthe (Fransa) və Stephane Galland (Belçika) bir arada çıxış etdilər.

            Səhnəyə ilk olaraq Fransa və Belçika səfirləri çıxaraq  Bakını Cazın  paytaxtı olduğunu  bir daha qeyd etdilər. Bu gecənin  dünyaca tanınmış musiqiçilərin Bakı səhnəsindəki ifalarından və mədəni əlaqələr arasındakı əhəmiyyətindən söhbət açdılar. Mədəniyyətlərin unikal sintezindən həzz ala biləcəklərini qeyd etdilər. Hər iki nümayəndə bu gecənin təşkil olunmasında Beynəlxalq Muğam Mərkəzinə, Primier LTD shirkətinə və əməyi olan hərkəsə təşəkkürünü bildirdilər.

Qeyd edək ki Elçin Şirinov Trio Fransada keçən il keçirilən “Sunnyside” festifalında yaranıb. Trio xarici səfərlərdə bir neçə dəfə konsert proqramı ilə çıxış ediblər.

Fransız ifaçı Linney Marthe cazın ən öndə gedən basisləri arasındadır. Bir çox konsertlərdə Cheb Mami, Jean Luc Ponty, Paco Sery kimi tanınmış musiqiçilərlə ifa etmişdir. Bu Linney Marthenin Bakıya ikinci səfəridir. O, Ötən il keçirilən Bakı Caz Festifalında çıxış etmişdi.

            Belçikalı zərb alətləri  ifaçısı Stephane Galland  klassik, Afrika və Pop  üslubunda ifa edir. O, Jean- Pierre Catoul və Eric Legnini kimi tanınmış musiqiçilərlə bir səhnədə çıxış etmişdir. Bu S.Gallandın Bakıya ilk səfəridir.

Qeyd edək ki  musiqi gecəsində trio həm tanınmış caz kompozisiyaları, həm də Elçin Şirinovun bəstələrini ifa etdilər.

Anşlaqla keçən konsert caz sevərlər tərəfindən maraqla qarşılandı və konsertin sonunda tamaşaçılar ifaçıları ayaqüstə gur alqışlarla alqışladı. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!