Beynəlxalq Muğam Mərkəzində Bakıda ilk dəfə olaraq Senya Sonun solo konserti keçirilib

Dekabrın 7-də Beynəlxalq Muğam Mərkəzində Yüksək İfaçılıq Sənətinin Ulduzları silsiləsindən pianoçu-bəstəkar Senya Son “Yeddi notun ekologiyası” adlı konsert proqramı ilə çıxış etdi.  Konsert proqramı Azərbaycanda MDBMİ  Məzunları  Asossiasiyası , Rusiyanın BMT üzrə assambleyası ,  “Atəşgah “ SŞ –ni n sponsorluğu və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə təşkil edilmişdi.

Qnesinlər adına Dövlət Musiqi-Pedaqoji İnstitutunu və paralel olaraq P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının fortepiano və kompozisiya sinfini bitirən musiqiçi  XX yüzilliyin əfsanəvi musiqiçiləri – Emil Gilels, Tatyana Nikolayeva, Yevgeni Malinin, İnna Malinina, Henrix Litinski ilə çalışıb. O, müasir dövrün böyük bəstəkarı Alemdar Karamanovun yeganə tələbəsidir. S.Sonun ifasında başlıca məfhum ‒ ideya, fikirdir. İfaçı üçün düşünmək – yaratmaq deməkdir.

Senya Son Vyana klassiklərinin irsini özünəməxsus şəkildə yenidən nəzərdən keçirir. Baxın, Bethovenin, Çaykovskinin, Dvorjakın, Debüssinin artıq məşhur əsərlərinin harmonik dilinə öz heyranedici tapıntılarını əlavə edir.
Yaradıcılığının müxtəlif dövrlərində Rusiyanın tanınmış musiqiçiləri ilə birgə çalışan pianoçu 2000-ci ilin əvvəllərində Madriddə şahzadə Sofiyanın adını daşıyan kamera orkestri ilə birgə çıxışından sonra 2003-cü ildə Montre şəhərində New model classic adlı müəlli proqramı ilə çıxış edir. Bu konsertdə pianoçu ilə birlikdə tanınan ifaçılar Elton Jon və Stinq də eyni səhnəni bölüşür. Hazırda  dünyanın hər bir nöqtəsində konsertləri böyük anşlaqla keçən pianoçu-bəstəkarın Bakı konserti böyük anşlaqla keçdi.

İki saat müddətində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Bethoven, Şopen, Skryabin, Raxmaninov və  öz bəstələrini qeyri-adi interpretasiyalarda təqdim edən ifaçını tamaşaçılar gur və sürəkli alqışlarla qarşıladılar.
Maraqlıdır ki, 1975-ci ildə Moskvada azərbaycanlı musiqiçi, cazmen Vaqif Mustafazadə ilə tanış olan Senya Son Bakıdakı konsertində bu görüşün xatirəsinə həsr olunan əsər ilə çıxış etdi. Konsertdə həmçinin Azərbyacanın tanınmış  şəxsiyyətlərinə həsr olunan , SSRİ Xalq artisti Müslim Maqomayevin repertuarından olan “Azərbaycan” mahnısının fortepiano üçün işlənmiş varinatı da səsləndi ki, bu zaman BMM-nin səhnəsində quraşdırılan ekranda Azərbaycana həsr olunan videorolik və görkəmli şəxsiyyətlərin fotoları yer alırdı. Musiqiçi bu əsəri Azərbaycana sevgisi ilə əlaqələndirmişdi.

Pianoçu-bəstəkar Senya Sonun “Yeddi notun ekologiyası” adlı konsert proqramı ilk dəfə olaraq Azərbaycan televiziyasının Mədəniyyət TV-də canlı yayımlandı və  konsert davamlı inkişaf hədəflərinə həsr olundu. Qeyd etmək lazımdır ki, 2015-ci ilin sentyabrında BMT Baş Assambleyası, bizə verilən mənbələrdən optimal və balanslı istifadə üçün şərait yaratmaqla yanaşı, dünyamızı dəyişdirməyə və bütün ölkələri ortaq rifaha qovuşma prosesində birləşdirməyə yönəlmiş Davamlı İnkişaf Məqsədlərini qəbul etmişdir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: