Beynəlxalq Muğam Mərkəzində dünya şöhrətli “New life Brass” kvintetinin konserti keçirilib

 Sentyabrın 19- da Beynəlxalq Muğam Mərkəzində  18-26 sentyabr tarixlərində Üzeyir Hacıbəyli adına X-cu Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünya şöhrətli T.Dokşitser adına “New life Brass” kvinteti  konsert proqramı ilə çıxış edib.

    Festival Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.

Bu ilki  Üzeyir Hacıbəyli adına X-cu Beynəlxalq Musiqi festivalında Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçilərin və kollektivlərin – T.Dokşitser adına “New life brass” kvintetin, “Dədə Qorqud” kamera orkestrinin, Murad Kajlayevin, Murad Annamamedovun, Sergey Rolduginin, Pavel Milyukovun, Azər Dəmirovun, Fərhad Aşumovun və başqalarının iştirakı ilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

 T.Dokşitser adına “New Life Brass” mis nəfəs alətləri ansamblı 2009- cu ildə yaradılmışdır. Ansamblın ifaçıları Qnesin adına Rusiya Musiqi Akademiyasını bitirmiş yüksək səviyyəli musiqiçilərdir. Kollektivin repertuarı klassik, caz və müxtəlif janrlı əsərləri əhatə edir. Ansambl Moskvada və müxtəlif ölkələrdə çıxış edərək uğurlar qazanmışdır. 2009-cu ildə Sank-Peterbruqda, 2011- ci ildə isə Moskvada keçirilən beynəlxalq müsabiqələrdə Qran-Pri mükafatına layiq görülmüşdür. 2014-cü ildə Moskvada hökuməti tərəfindən “Ən yaxşı layihə” mükafatını qazanmışdır.2012-ci ildən ansambl görkəmli truba ifaçısı Timofey Dokşitserin adını daşıyır.

   Beynəlxalq Muğam Mərkəzində reallaşan “New life Brass” mis nəfəs alətləri ansamblının üzvləri trubada  Evgeniy Quryev,Maksim Stoda, valtornada Vladimir Mezentsev,trombonda Ramil Axmadulin, tubada  Maksim Makuşev İ.S.Baxın, C.Puççininin, V.A.Motsartın, J.Kosmanın, R.Andersonun, K.Qardelin, K.Consun əsərlərini ifa ediblər.

 Tamaşaçılar “New life Brass” kvintetinin ifalarını maraqla qarşılayıblar.

Sentyabrın-20-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına X-cu Beynəlxalq Musiqi Festivalı çərçivəsində  “Zirvəyə doğru” adlı kamera musiqisi gecəsi keçiriləcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: