Beynəlxalq Muğam Mərkəzində Firəngiz Əlizadənin yubileyinə həsr olunmuş konsert keçirilib

3 İyun Beynəlxalq Muğam Mərkəzində dünya şöhrətli bəstəkar, görkəmli musiqi ictimai xadim, respublikanın Xalq artisti, UNESCO nun “Sülh artisti”, AMEA nın  müxbir üzvi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri ”Şöhrət” ordenli, professor Firəngiz Əlizadənin  yubileyinə hərs olunmuş musiqi festifalı çərçivəsində kamera konserti keçirildi. Konsertdə F.Əlizadənin əsərləri səsləndi.

Tədbirdə tanınmış elm və Mədəniyyət xadimləri, ictimayətin nümayəndələri iştirak edirdilər.

Tədbirdə  “Aşıq havası”(Solo piano və elektron səs yazısı üçün), Piano üçün sonata (Alban Berqə həsr olunub), “İmpuls”, “Crossing-I”, (Çarpazlaşma I)

”İn Search”(Axtarışda), “From Yapanes Poetrie” (Yapon poeziyasından), “Atəş” əsərləri səslənib.

Gecədə Xalq artisti, dirijor  Fəxrəddin Kərimov, Beynəlxalq Müsabiqələr Laureatları Fəqan Həsənli, Səidə Tağızadə, Fəridə Məmmədova, İlahə Sadıqzadə, Ümidə Abbasova, Samir Əsədov, Elina Əliyeva,Vəli Budaqov, Nərgiz Əliyeva, Ucal Məmmədxan, Anar Əliyev, Əyyub Əliyev, Nicat Salmanov çıxış edirdilər.

Qeyd edək ki, F.Əlizadənin yubileyinə həsr olunmuş Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən keçirilən musiqi festifalına iyunun 2 də start verilib. İyunun 5 nə dək davam edən festifal çərçivəsində  silsilə tədbirlər keçiriləcək. Tədbirlərdə bəstəkarın əsərləri səslənəcək, onun yaradıcılığından bəhs edən elmi- konfrans təşkil olunacaq və sənətkara həsr olunmuş film nümayiş ediləcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: