Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkarlar Tofiq Quliyevin 100 və Emin Sabitoğlunun 80 illik yubiley gecəsinə həsr olunmuş konsert keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin imzaladığı sərəncamlara əsasən respublikamızda  görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik, lirik mahnılar müəllifi, kino- filmlər üçün yaddaqalan mahnılar bəstələmiş  bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyi çərçivəsində  respublikamızda  bir sıra silsilə tədbirlər  həyata keçirilir.

Heydər Əliyev Mərkəzində noyabrın 7- də Heydər Əliyev Fondu tərəfindən görkəmli bəstəkar Tofiq Quliyevin 100 illiyinə həsr olunmuş möhtəşəm tədbir keçirilib.

Noyabrın 23- də Beynəlxalq Muğam Mərkəzində, ADMİU – nin və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin 100 illiyinə və milli musiqi mədəniyyətimizin inkişafına layiqli tövhələr vermiş Emin Sabitoğlunun 80 illik yubileyinə həsr olunmuş konsertdə   Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri çıxış edib.

Tədbir ADMİU- nin xor kollektivinin ifasında (Emin Sabitoğlunun və Bəxtiyar Vahabzadənin) “Azərbaycan” mahnısı ilə başladı.

 Gecədə T. Quliyevin “Ey sevincim Bakı”, “Lirik mahnı”, “Kimsən sən”, “Sən mənimsən mən sənin”, “Qəmgin mahnı”, “Zibeydə”, “Canım Bakı,qanım Bakı”,

 E. Sabitoğlunun “Əlvida”, “Çiçək yağısı”, “Düşürsən yadıma”, “Ayrılıq”, “Kəpənək”, “Belə ola həmişə”mahnıları, “Şükrüyyə” roması tələbələrin ifasında səsləndi.

İfaçıları “Nəğməli Bakı” ansamblı müşayiət edirdi. Ansamblın bədii rəhbəri İnstrumental ifaçılıq kafedrasının baş müəllimi Sevinc Dadaşovadır.

Qeyd edək ki 29 noyabr saat 19:00- da Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi çərçivəsində ”Qatar”,“Dəşti” və “Mirzə Hüseyn Segahı” səslənəcək. 

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: