Beynəlxalq Muğam Mərkəzində I Etüd Müsabiqəsinin açılış konserti keçirilib

Uzun müddətdir ki,Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasındakı əməkdaşlığa əsasən “Yeni nəsil dəvət edir” adlı birgə layihə çərçivəsində  Muğam Mərkəzində muğam konsertləri,teatr tamaşaları,klassik və caz musiqisi axşamları keçirilir. Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində “Sürət və cürət” adlı I Etüd Müsabiqəsinin açılışı olub.Müsabiqə ADMİU tərəfindən təşkil olunub və universitetin tələbələri arasında kecirilir. İki turdan ibarət olan müsabiqə “Fortepiano” və “Simli və nəfəsli alətlər” ixtisası üzrə keçirilir.
Müsabiqənin açılışında universitetin müəllimləri Leyla Aslanova,Sevda Axundova,Səfər Əliyev,Səbinə  Mehdiyeva,İlahə Sadıqzadə və başqaları çıxış ediblər.Onların ifasında Ü.Hacıbəylinin,R.Şumanın,F.Şopenin,K.Debüssinin və T.Quliyevin əsərləri səsləndi.
Mayın 15-də Beynəlxalq Muğam Mərkəzində I Etüd Müsabiqənin bağlanışı və qala-konsert keçiriləcək.
Mayın 4-də Beynəlxalq Muğam Mərkəzində “Charango meets Mugam” adlı konsertdə Peru etnik musiqiçiləri və  Azərbaycan musiqiçiləri  ilk dəfə birlikdə çıxış edəcəklər.
Biletləri şəhərimizin kassalarından,”ASAN  xidmət” mərkəzlərindən və iticket (onlayn) saytından əldə etmək olar.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: