Beynəlxalq Muğam Mərkəzində” Macarıstan musiqisi axşamları “adli layihə konsertlər maraqla qarşılanıb

Beynəlxalq Muğam Mərkəzi  3 gün müddətində Macarıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Macarıstan musiqisi axşamları” adlı konsert proqramı təqdim etdi.
Paytaxt sakinləri və şəhərimizin qonaqları 11-12 və 14 noyabr tarixlərində macar xalq musiqisindən ibarət müxtəlif janrlada ifa edən macar musiqiçilərinin ifalarını dinləmək imkanı qazandılar. Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Macarıstanın Avropada məşhur nəfəs alətləri qrupunun “Cantores Esslesiae” solistləri,  Evrovision müsabiqəsinin iştirakçısı müğənni Magyar Borin və tanınmış ifaçı Csurkulya Jozefin çıxışları macar musqisi həvəskarlarına bayram əhvalı bəxş etdi.
Layihə çərçivəsində   macar musiqiçiləri Bakı tamaşaçılarına klassik musiqi şedevrlərini təqdim etməklə bərabər milli musiqi , caz , etnik musiqinömrələrindən ibarət rəngarəng proqramla  çıxış etdilər.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi beynəlxalq əlaqələrini genişləndirərək yeni layihələrə imza atır. Macarıstan səfirliyi bir müddət əvvəl “Bakıda Macarıstan günləri” çərçivəsində Beynəlxalq Muğam Mərkəzində professor Janoş Şipoş Macarıstan və Azərbaycan xalq musiqisinin bənzərlikləri barədə mühazirə keçirmiş və mühazirədən sonra  Salonna və onun qrupu unikal bir konsert proqramı ilə çıxış etmişdilər.

Mərkəz ölkəmizdə fəaliyyət göstərən səfirliklərlə birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq ikitərəfli konsert proqramları və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələcək. Layihənin məqsədi xalqların etnik mədəniyyətinin təbliğinə xidmət edir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: