Beynəlxalq Muğam Mərkəzində “Şur dünyası” adlı konsert keçirilib

Sentyabrın 25- də  Beynəlxalq  Muğam Mərkəzində   Heydər Əliyev Fondunun  və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli X Beynəlxalq festival çərçivəsində  “Şur dünyası adlı konsert keçirilib.
Tədbirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
 Gecənin aparıcısı Azərbaycan Yazıçılar birliyinin katibi, yazıçı-publisist İlqar Fəhmi  Azərbaycan musiqisində muğamların rolundan, “Şur” gecəsinin əhəmiyyətindən söhbət açaraq, Fəraməz Gərmrudinin müəllifi olduğu “Şur muğamından rəng və təsniflər” adlı not kitabı haqqında danışıb.
Gecədə Azərbaycan Televiziyası Mədəniyyət kanalının direktoru Ramil Qasımov, Xalq artisti Ağacəbrayıl Abasəliyev, Əməkdar artist Elşən Mansurov çıxış edərək  Fəraməz Gərmrudi  və onun “Könül” ansamblı haqqında fikirlərini bölüşdülər.
 Daha sonra “Könül” ansamblının  müşayiəti ilə Xalq artistləri Aygün Bayramova, Gülyanağ Məmmədova , Əməkdar artist Ehtiram Hüseynov Fəraməz Gərmrudinin M.H. Şəhriyarın sözlərinə  bəstələdiyi əsərləri  ifa etdilər.
 Gecənin sonunda Fəraməz Gərmrudi M.Fizulinin sözlərinə bəstələdiyi “Sərvi-azad” əsərini tamaşaçılara təqdim edib.

Konsert muğamsevərlər tərəfindən maraq və gur alqışlarla başa çatıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: