Beynəlxalq Muğam Mərkəzində Şuşanın işğalının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Mayın 8-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış Şuşa Dövlət Musiqili Dram Teatrının “Ağ qayıq” tamaşası (dramaturq Enurə Abdullayeva) təqdim olunmuşdur. Tədbir Şuşanın işğalının 25-ci ildönümünə həsr olunmuşdur və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə həyata keçirilmişdir.
Pyesin süjeti real hadisələr üzərində qurulub. Əsərdə Qarabağ müharibəsində Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, erməni faşistlərinin qəddarlığından danışılır.
Səhnə əsərinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır.
Baş rollarda: Əməkdar artistlər Şükufə Musayeva, Azad Məmmədov, aktyorlar Dürdanə Dünyamalıyeva, Gündüz Qasımov, Vüsalə Məmmədova və başqaları. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: