MusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində tanınmış opera müğənnisi Adil Məlikovun xatirəsinə həsr olunmuş konsert keçirildi

  Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziyası Mədəniyyət Kanalının birgə layihəsi çərçivəsində sentyabrın 12də tanınmış opera ifaçısı Adil Məlikovun əziz xatirəsinə həsr olunmuş gecə keçirilmişdir.

    Adil Məlikov 1933 –cü ildə anadan olmuşdur. 1965- ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti kimi çalışmışdır. Adil Məlikov Ü.Hacıbəylinin “Koroğlu”, ”Leyli və Məcnun”, ”Əsli və Kərəm”, Ş.Axundovanın“Gəlin qayası” və “Xanəndənin taleyi” operalarında müxtəlif rolları  yüksək məharətlə ifa etmişdir.

    Adil Məlikov lirik dramatik tenor  səsə malik idi.

   Adil Məlikov təkcə operalarda  müxtəlif rolları ifa etməklə kifayətlənməmiş, muğam, təsnif və xalq mahnılarınıda ifa etmişdir. O, “Cahargah”muğamını xüsusi məharətlə oxumuşdur.

 Konsertdə Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Opera və Balet teatrının quruluşçu rejissoru Hafiz Quliyev çıxış etmişdir.

  Konsertdə Xalq artisti Qərinə Kərimova, Əməkdar artistlər Zenfira İsmayilova,     İlahə Əfəndiyeva, Gülnaz İsmayilova, Fərid Əliyev, Səbinə Vahabzadə, Afaq Abbasova, Anton Ferştandt, Səidə Şərifəliyeva, Əliəhməd İbrahimov, İnarə Babayeva, Nərgiz Kərimova, Cahangir Qurbanov,  ifaçılar  Taleh Yəhyayev və  Nina Makarova tərəfindən Ü.Hacıbəylinin, M.Maqomayevin, F.Əmirovun, bir sıra dünya klassik bəstəkarları Cüzeppe Verdinin, Jorj Bizenin, Cokoma Puçininin,Antonin Dvorjokun Reynqold Qliyerin Pietro Maskanin operalarından ariyalar ifa olunmuşdur.

Qeyd edək ki, klassik musiqi sevərlər oktyabrın 17-də Mədəniyyət kanalının təçkilatçılığı  Beynəlxalq Muğam Məkəzinin dəstəyi ilə keçirilən  “yeni romaslar” müsabiqəsinin final konsertinə dəvətlidirlər. Gecədə müsabiqədə qalib gələn romanslar səslənək.

  Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” adlı layihəsinin növbəti konserti 1 noyabr saat 19:00 da keçiriləcək. Gecədə Orta-Mahur və Rahab muğamları səslənəcək. Biletləri şəhərimizin kassalarından,Asan xidmət mərkəzlərindən və online iticket.az saytından əldə etmək mümkündür.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!