Beynəlxalq Muğam Mərkəzində tanınmış şair və publisist Vəfa Zeynalın yubiley gecəsi keçirilib

Noyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində  tanınmış şair və publisist Vəfa Zeynalın 80 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçdi.
Tədbir Beynəlxalq Muğam Mərkəzi və Azəbaycan Televiziyası və Radiosunun “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində həyata keçirilmişdi.
Tədbirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak etdilər.
Gecədə Vəfa Zeynalın həyat və yaradıcılığını əks etdirən   şeirlərindən ibarət tamaşa təqdim olundu.
Yubiley gecəsində  Xalq artistləri  Azər Zeynalov, Təyyar Bayramov Televiziya Muğam Müsabiqələrinin iştirakçıları Nigar Cəlilova, Aysel  İbrahimova və Gülnar Qüdrətli çıxış etdilər.
Sonda yubilyar özü çıxış edərək  belə gözəl gecənin təşkilinə görə iştirakçılara və Muğam Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirdi.

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm  yaradıcılıq  layihələri davam  edir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: