Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən Həmid Vəkilovun yaradıcılıq gecəsi keçirildi

Noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzinin və  Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının  birgə layihəsi çərçivəsində  tarzən, Əməkdar artist,  Azərbaycan Milli Konservatoriyasının professoru Həmid Vəkilovun yaradıcılıq gecəsi keçirilib.
Gecədə sənətkarın həyat və yaradıcılığından,Azərbaycan Televiziyasının “Qızıl  fondu”-nda saxlanılan ifalarından ibarət videoçarx nümayiş olunub.
Xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi,akademik Vidadi Xəlilov çıxış edərək,sənətkarın həyat və yaradıcılığından,musiqi  mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıblar. Qeyd edilib ki,sənətkar Həmid Vəkilov haqqında yazılmış  Baris Əsədovun “Tarda dünya musiqisi”, Əbülfəs Mədətoğlunun “Yarım əsr tarla nəfəs nəfəsə”, Rafiq Salmanovun “Tar yaşadıqca onu yaşadan sənətkarı da yaşadır”, Rafiq Hacıyevin “Novator tarzən” adlı məqalələri işiğ üzü görmüşdür.
Daha sonra tədbir konsert proqramı ilə davam edib.
Əməkdar artistlər Təranə Əliyeva(qanun) ,Sahib Paşazadə(tar),ifaçılar Mehri Arifqızı(kamança),Natəvan Həsənzadə (qanun) Həmid Vəkilovun bəstələrini ifa ediblər.
Konsert maraqla və alqışla qarşılanıb.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert bu gün noyabrın 15 –də keçiriləcək.
Biletləri  şəhərimizinkassalarından,“ASAN xidmət”mərkəzlərindən,online itikcet.az saytından əldə etmək olar.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: