Beynəlxalq Muğam Mərkəzində Türkiyənin tanınmış caz müğənnisi Sibel Koşe konsert proqramı ilə çıxış edib

Beynəlxalq Muğam Mərkəzində Türkiyənin tanınmış caz müğənnisi Sibel Koşe konsert proqramı ilə çıxış edib

Konsertdən öncə ifaçı  Bakı ilə bağlı təəssüratlarını bölüşüb: “İlk dəfədir Bakıdayam. Şəhəriniz çox gözəldir. Azərbaycanlılar musiqiyə, mədəniyyətə dəyər verən insanlardır, bunun üçün də burada olduğumdan çox məmnunam. Azərbaycanın caz musiqisi və caz ifaçıları haqqında məlumatlı olduğunu vurğulayan ifaçı Vaqif Mustafazə yaradıcılığına dərin hörmətini də qeyd edib.

Türkiyənin caz divası sayılan Sibel Köse konsert zamanı dünya caz standartları sayılan “My secret love”, “Petite fleur”, “Autmn leaves”, “Flor de lis” və digər kompozisiyalar səsləndirib.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi çoxsaylı musiqi layihələri həyata keçirir. Bu sıradan muğam-caz, etno-caz layihələri də tamaşaçı rəğbəti qazanaraq diqqət çəkir. Həmçinin Bakıda hər il ənənəvi olaraq keçirilən Bakı Beynəlxalq Caz Festivalı da məhz Muğam Mərkəzinin səhnəsindən tamaşaçılarla görüşə gəlir. BMM-nin səhnəsində caz sənətinin tanınmış simalarının çıxışları da bu silsilədən olan konsertlərin davamıdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!