Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Kamil Cəlilovun 80 illik yubiley gecəsi keçirilib

Martın 1- də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, şöhrət ordenli, mahir qaboy ifaçısı Kamil Cəlilovun 80 illik yubiley gecəsi keçirilib.
Tədbirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamı əsasən Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Kamil Cəlil oğlu Cəlilov “Şərəf” ordeninə layiq görülüb.
“Şərəf” ordenini Kamil Cəlilova Azərbaycan Respublikası Mədəniyyət və Turzim Nazrinin müavini cənab Ədalət Vəliyev təqdim edib.
1938-ci ilin 29 yanvar tarixində Bakı şəhərində anadan olan Kamil Cəlilov Azərbaycan milli ifaçılıq məktəbinin istedadlı nümayəndəsi, özünəməxsus orijinal üslubu olan mahir qoboy ifaçısıdır. Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra əmək fəaliyyətinə başlayan sənətkar öz istedadı və zəhmətsevərliyi sayəsində qısa müddət ərzində xalq musiqi incilərini dərindən öyrənmiş və 40 il ərzində öz ifaçılıq məharəti ilə milli musiqimizi zənginləşdirmişdir.
İstedadlı musiqiçi 1968-ci ildən başlayaraq uzun illər görkəmli pianoçu, Xalq Artisti Gülarə Əliyevanın yaratdığı “Dan ulduzu” ansamblının solisti olmuşdur. Kollektivlə birgə Kamil Cəlilov milli musiqi sənətimizi Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Əfqanıstanda, İordaniyada, Əlcəzairdə, Mərakeşdə, Çexoslovakiyada, Norveçdə, İranda, İsraildə, Kanadada və dünyanın digər ölkələrində məharətlə təqdim etməklə musiqimizin təbliğində böyük xidmətlər göstərmişdir.
Uzun illər ərzində İncəsənət Gimnaziyasında müəllim kimi pedaqoji fəaliyyətlə məşğul olan Kamil Cəlilov milli ifaçılıq məktəbinin yüksək ənənələri əsasında səy və bacarığını gənc ifaçıların yetişdirilməsinə sərf etmişdir.

Gecədə sənətkarın həyat və yaradıcılıq yolundan ibarət vidioçarx nümayiş olunub.
Tədbirin aparıcısı Əməkdar incəsənət xadimi Akademik opera və balet teatrının baş rejissoru Hafiz Quliyev Kamil Cəlilovun həyat yolundan, Azərbaycan musiqi tarixinə verdiyi töhvələrdən danışaraq, qaboy musiqi alətinin Azərbaycan çalğı musiqi alətləri sırasında tutduğu məqamdan, xalqımızın ən çox sevdiyi musiqi alətlərindən biri olduğunu vurğlayıb.
Tədbirdə akademik Vasim Məmmədəliyev,Əməkdar incəsənət xadimi Zenfira Qafarova və musiqişünas Səadət Təhmirazqızı Kamil Cəlilovu təbrik edərək öz ürək sözlərini bölüşüblər.
Daha sonra tədbir bədii hissə ilə davam edib.
Bədii hissədə Xalq artistləri Gülyaz Məmmədova, Səkinə İsmayilova, Əməkdar artistlər İlkin Əhmədov, Ehtiram Hüseynov, Fərid Əliyev, Sahib Paşazadə,ifaçılar Elnur Zeynalov, Muğam Televiziya müsabiqəsinin qalibi Səbinə Ərəbli və Aşıq Əhliman çıxış ediblər.
İfaçıları Azərbaycan Dövlət AkademikFfilarmoniyasının nəzdində xalq çalğı alətləri ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri Ağaverdi Paşayevdir.
Tədbirin sonunda Kamil Cəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Azərbaycanın çiçəklənməsinə,mədəniyyət xadimlərinə göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: