Beynəlxalq Muğam Mərkəzində yeni möhtəşəm layihənin ilk konserti keçirildi: Rast muğamı

Dünən Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” adlı yeni layihəsi çərçivəsində ilk tədbiri baş tutdu.  Konsertdə “Rast” muğamı səsləndi.
Gecəni giriş sözü ilə açan Azərbaycan Milli Konservatoriyasının prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova tamaşaçılara muğam layihələrinin böyük rolu haqqında danışdı. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2009-cu ildən keçirilən Beynəlxalq Muğam Festivalını ən parlaq layihə olduğunu vurğuladı.
Sonra “Muğam axşamları” möhtəşəm  layihə haqqında məlumat verdi və “Rast” muğamının tarixi, nəzəriyyəsindən danışdı: “Bu axşam Rast muğamı səslənəcək. Bu muğam dəstgahlarımızın sırasında birincidir. Rast muğamı ən qədim muğam hesab olunur. Hətta Üzeyir Hacıbəyli demişdiki – “Rast” çox çətin dövrlər yaşadı, lakin, bu günümüzə gəlib çatdı və öz adını musiqimizdə saxlaya bildi.”
Lalə Hüseynova bildirdi ki, Beynəlxalq Muğam Mərkəzi mütəmadi olaraq klassik muğam dəstgahlarını tamaşaçılara xatırladır və göstərir: “Bu yolla Mərkəz ənənələri qoruyaraq tamaşaçılar həm muğamın klassik formasını, həm də musiqiçilərimizin improvizələrini dinləmək şansı olur. Layihəyə tanınmış xanəndələr, trio və xalq çalğı alətlərindən ibarət ansambllar dəvət olunub.”
Konsertdə əməkdar incəsənət xadimi Aqil Məlikov, əməkdar artist Sevinc Sarıyeva, Naxçıvan-MR –in əməkdar artisti     Ehtiram Hüseynov,  Mirələm Mirələmov, Aytən Məhərrəmova, Hüseyn Məlikov Məlikov  Rast muğamının müxtəlif şöbələrini ifa etdilər. Onları Rast instrumental ansamblı müşayət edirdi. Ansamblın bədii rəhbəri Xanlar Cəfərov (qarmon), Elman Sadıqov (tar), Şəhriyar Musayev (kamança), Qulammirzə Mirzəyev (klarnet), Əmrah Orucov (ud), Qalib Aşımov (bas-tar), Mətanət Cəbrayılova (qanun), Simran Cəfərov (skripka), Qulam Süleymanov (nağara), Elxan Ərəbov (qərb alətləri), Mehman Məmmədov (zərb), Fəqan Ələsgərov (balaban).
Nəzərinizə çatdırırıq ki,  layihə 30 iyuna qədər davam edəcək və növbəti konsert 23 may saat 19:00-da keçiriləcək. Konsertdə “Şur” muğamı səslənəcək.
Layihənin informasiya dəstəyi Mədəniyyət kanalı, Azərbaycan radiosu, Azərtac, “Baku” jurnalı və Asan radio, day.az milli.az trend.az, apa.az lent.az vesti.az –dır. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: