Beynəlxalq Muğam Mərkəzində “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində konsert keçirilib

Konsert Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində konsert keçirilib. Konsertdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri konsert proqramı ilə çıxış ediblər.
ADMİU-nun  xalq çalğı alətləri orkestrinin ifasında Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun, S.Rüstəmovun, S.Ələsgərovun, T.Quliyevin, R.Mirişlinin, E.Sabitoğlunun, Ə.Tağıyevin və digər bəstəkarların əsərlərindən ibarət musiqi çələngi tamaşaçılara təqdim edilib.
Konsert mədəniyyət xadimləri, ADMİU-nun müəllim və tələbələr heyəti, həmçinin xarici qonaqlar tərəfindən maraqla qarşılanıb.
Bugün Beynəlxalq Muğam Mərkəzində “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Aşıq Şəmşir şeiri” adlı konsert keçiriləcək.
 Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az (online) saytından əldə etmək olar.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: