Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Zərif əllər,incə tellər” adlı tədbir keçirilib

Martın 7-də Beynəlxalq Muğam Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Zərif əllər,incə tellər” adlı konsert keçirilib. Kişilərdən ibarət aşıqlar qrupunun üzvləri öz ifalarını Azərbaycan qadın aşıqları məktəbinin nümayəndələrinə həsr ediblər.
Layihə Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və  Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə həyata keçirilir.
 Layihənin rəhbəri –Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Aşıqlar Birliyinin katibi Sənubər Bağırova çıxış edərək “Aşıq musiqisi” haqqında öz fikirlərini bölüşüb.
Gecədə “Neymət” qurup, Ramin Qarayev,Azər Əliyev, Mehti Mənsimov, İlham Aslanbəyli, Elvin Mehmanlı, Cahangir Quliyev, Ağamurad İsrafilov, Roman Zeynalov, Təbriz Vəliyev, Kərəm Vəliyev, Qələndər Zeynalov Əli Tapdıqoğlunun ifasında  “Ruhani”, Baş Sarıtel, “Səyyadı”, “Kərəm gözəlləməsi”, “Dilqəmi”, “Gözəlləmə”, “Fəxri”, “Qəhrəmani”, “Ağır şərili”, “Gödək donu”, “Köhnə Naxçıvani”,”Hicaz peşro-orta şəşəngi” aşıq havalarını səsləndiriblər.
 Sonda Aşıq Ədalətin ifasında “Ruhani”saz havasının sədaları altında,   Azərbaycan qadın aşıqları məktəbinin nümayəndələrinin  görüntülərindən ibarət videoçarx nümayiş olunub.
 Konsert aşıqsevərlər tərəfindən maraqla qarşılanıb.
 Beynəlxalq Muğam Mərkəzində martın 8,9, 10, 11, 12 –də saat 17:00-da  V Beynəlxalq Muğam Festivalı çərçivəsində konsertlər keçiriləcək.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: