Beynəlxalq Muğam Mərkəzinin “Etnik musiqi inciləri” layihəsi çərçivəsində konsert keçiriləcək

Martın 29-da Beynəlxalq Muğam Mərkəzinin “Etnik musiqi inciləri” layihəsi çərçivəsində olduqca maraqlı konsert keçiriləcək.
Qeyd etmək lazımdır ki,Mərkəzdə bu layihə çərçivəsində Rumıniyadan,Moldovadan,Türkiyədən və başqa ölkələrdən gəlmiş etnik musiqiçilərin konsertləri uğurla keçmişdir.
Muğam Mərkəzi “Sound Waves” adlı daha bir uğurlu konsert-layihəyə imza atmışdır ki,bu layihə əsasında da İtaliyadan,İspaniyadan,Yunanıstandan,Portuqaliyadan və digər ölkələrdən gəlmiş etnik musiqiçilər səhnədə Azərbaycan muğam ifaçıları ilə birlikdə müxtəlif xalqların etnik musiqi nümunələrindən ibarət musiqi kompozisiyası  yaradaraq gözəl səhnə ifaları təqdim etmişdilər.
Martın 29-da baş tutacaq konsertdə Afina Opera Teatrının bədii rəhbəri,bəstəkar Nikos Ksantoulis qədim simli lira musiqi alətində ifa edəcək.”Bakı virtouzları” kamera orkestrinin müşayiəti ilə musiqiçinin ifasında  lira üçün yazılmış əsərlər həmçinin klassik və müasir Azərbaycan və xarici bəstəkarların əsərləri səslənəcək.Orkestrin dirijoru Əməkdar artist,beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.Konsertdə həmçinin Əməkdar artist İlham Nəzərov (kontratenor) və Rövşən Əmrahov (violin) iştirak edəcəklər.
 Konsert Yunanıstanın Dövlət Müstəqilliyi  Gününə həsr olunur və Yunanıstan səfirliyinin dəstəyi ilə keçirilir.
Nikos Ksantoulis Afina Akademiyasının elmi işçisi,araşdırmaçı,bəstəkar və qədim lira musiqi alətinin ifaçısı,Afina  Konservatoriyasında truba musiqi aləti,harmoniya və konter üzrə professorudur.Nikos Ksantoulis 25 il müddətində (1983-2008) Yunanıstan Milli Opera Orkestrində truba ifaçısı işləmiş,2009-2012-ci illər ərzində isə həmin operada təhsil şöbəsinə rəhbərlik etmişdir.Bəstəkar həmçinin solist kimi öz musiqisini  ölkəsində, ölkə hüdudlarından kənarda da (ABŞ, Avstraliya,Kanada,Çin,Rusiya,İsveç,İtaliya,Bolqarıstan,Türkiyə vəs.) tanıtmışdir.N.Ksantoulis yenidən bərpa olunmuş qədim yunan musiqi alətlərindən (lira,aulos,timpanon və salpinx) istifadə edərək faciə motivli əsərlər yazmışdır.O, ikisi Yunan Milli Opera truppası tərəfindən təqdim edilmiş ( oynanılmış və ya tamaşaya qoyulmuş) uşaqlar üşün yazılmış dörd operanın müəllifidir.Son altı ildə o,öz araşdırmalarında qədim yunan ədəbiyyatına istinad edərək qədim yunan lira musiqi alətinin ifasına yeniliklər gətirmişdir.
  Biletləri şəhərimizin kassalarından,”ASAN Xidmət” mərkəzlərindən  və iticket.az saytından əldə edə bilərsiniz.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: