Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” möhtəşəm layihəsi çərçivəsində yeni konsertlər keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində də yeni mövsüm başlanmışdır.

Ötən mövsümdə Beynəlxalq Muğam Mərkəzi həm konsert proqramlara, həm bir sıra rəngarəng tədbirlərə də ev sahibliyi etmişdir.

Beynəlxalq Muğam Mərkəzi 2017-ci ildə də konsert fəaliyyəti ilə yanaşı bir neçə yeni möhtəşəm layihələrə start vermişdir. Azərbaycanın ən qədim xalq musiqisi növlərindən biri olan muğamın təbliğinə həsr edilmiş həmin layihələr dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanmış və kütləvi informasiya vasitələrində bu layihələr haqqında geniş yazılar dərc edilmişdir.

“Muğam axşamları” adlı möhtəşəm layihə də onlardan biridir.

Layihənin birinci mərhələsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində 7 əsas muğam – “Rast”, “Şur”, “Segah”, “Cahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Hümayun” səslənmişdir. 7 əsas muğamın təqdimatında Xalq artisti Zabit Nəbizadə, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar müəllim Qəzənfər Abbasov, Əməkdar artist Sevinç Sarıyeva, Naxçıvan MR-in əməkdar artisti Ehtiram Hüseynov, xanəndələr Aytən Məhərrəmova, Hüseyn Məlikov, Mirələm Mirələmov, Ramiq Bayramov və başqaları iştirak etdilər.

Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsinin yeni təqdimatı olacaqdır. 11 oktyabrdan başlayan və 27 dekabrda yekunlaşan layihədə “Mahur-hindi”, “Bayatı-Kürd”(11 oktyabr), “Orta Mahur”, “Rahab”(1 noyabr), “Bayatı-Qacar”, “Şahnaz”(15 noyabr), “Qatar”, “Dəşti”, “Mirzə Hüseyn Segahı”(29 noyabr), “Xaric Segah”(6 dekabr) muğamları, “Heyratı”, “Mənsuriyyə”, “Qarabağ şikəstəsi”, “Osmanlı”, “Heydəri”, “Simayi-Şəms”(13 dekabr), “Ovşarı”, “Arazbarı”(27 dekabr) kimi zərb muğamları səslənəcəkdir.

Biletləri şəhərin kassalarında və iticket.az saytında eldə etmək olar.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: