Beynəlxalq Muğam Mərkəzinin ” Muğam dünyasına səyahət” layihəsi davam edir

Noyabrın 7-də Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə həyata keçirdiyi “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı Nardaran qəsəbə Mədəniyyət Mərkəzində keçiriləcək.

Konsert proqramında Nardaran sakinləri ilə görüşə Muğam Televiziya Müsabiqəsinin laureatları gələcək.  Gənc xanəndələr “Segah”, “Mahur”, “Şur” muğamları və təsniflər ifa edəcəklər.

Qeyd edək ki, bu ilin iyul ayından start götürən “Muğam dünyasına səyahət” layihəsi ilin sonuna kimi davam edəcək.
Əsas məqsəd milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtını məqsədyönlü təşkil etməkdir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: